Hümmət Şəhbazi
“Azərbaycan şeirində modernizm”

Tanınmış Güney Azərbaycanlı şair və tənqidçi Hümmət Şəhbazinin “Azərbaycan şeirində modernizm” adlı kitabı işıq üzü gördü.
Hümmət Şəhbazinin Azərbaycan Şeirində Modernizm kitabı çap oldu
Yazar və tənqidçi Hümmət Şəhbazinin Azərbaycan Şeirində Modernizm kitabı iki cilddə Təbrizin adlım naşiri Əxtər yayın evi tərəfindən çap olaraq işıq üzü gördü. Yazıçı bundan öncə ilk tənqidi əsəri Azərbaycan Şeirinin Tənqidi Araşdırmasını farsca yazmışdı. Bu dəfə yazıçı bu kitabını doğma ana dilimizdə yazaraq təxminən 200 illik bir dövrü yəni M.F.Axundzadədən ta bu günədək bir dövrü çevrəyir. Yazıçı modern dövrünü yaxşıca izah etmək üçün bu dövrdən öncə iki dövrü yəni Aydınlanma və Çağdaşlanma dövrü şeirimizi də araşdıraraq Modern şeirə keçid aldiqda ilk öncə ümumiyətlə modern şeirin nə olduğunu, necə yaranmasını, onun bədii özəlliklərini nəzəri mübahisələrini verir. Bu araşdırmada nümünələr təhlil olunur. Yazıçı kitabın önsözündə bu dövrlər əsasında arşdırmasını belə açıqlayır:
ilk mərhələdə (aydınlanma dövründə) üzərinə götürdüyü əsas məqsəddə, ənənənin xurafəçiliyini və dini fanatizmi tənqid etmək məsələləri durur. aydınlanmanın ümumi durumunu açıqladıqdan sonra, və bu cərəyanın üsyankar, elmi və usçu (xərdgra) olduğunun necəliyini çözmək üçün konkret olaraq ölkəmizdə yaşadığımız durumlar göz önündə canlanır. aydınlanma dövrü ölkəmizdə necə yaranaraq canlanır və hansı ilkələri mənimsəyir? sorğusuna aydınlıq gətirməyə çalışaraq ilk ictimai modernistlərimizdən də söz açacağıq.
ikinci mərhələ siyasiləşmə mərhələsidir. bu dönəm Rizaşah və ölkələr arası sərhədlər qoyulduğu çağdan başlayaraq yerli siyasətin qadağalarına etiraz və üsyankarlıq mərhələsi kimi aydınların düşüncəsini məşğul edir. azərbaycan ədəbiyyatında, siyasiləşmə dövrünədək (Rizaşah zamanınacaq) sərhəd yoxdur. yəni o taylı bu taylı ədəbiyyat, bir-biri ilə ilgi və ünsiyyətdədilər. elə buna görə biz də, bu zamanacaq ədəbiyyatımızda heç bir fərq qoymadan ümumiyətlə bu dövrün ədəbiyyatını bir yerdə araşdıracağıq. doğrusu da elə budur. çünki Fətəli Axundzadə, Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, üzeyir hacıbəyli kimi ədəbiyyatçıların yazı və şeirləri tam butayla əlaqədə olaraq səciyələnir. üzeyirin məşrütə haqda yazdığı filyetünları, Sabir və MirzəCəlilin yazdığı şeir və nəsrləri bu tayı özəlliklə yansıdır. eyni halda bu tayda çıxan dərgi və qəzetlər, şair və yazıçılar o tayı heç də gözdən qaçırmayırlar. belə olan halda bizcə bu ədəbiyyata sınır və sərhəd qoymaq, gerçəkliyə göz yummaqdır. buna görə bizim ictimai ədəbi yozumlarımız, siyasiləşmə dövrünədək o taylı, bu taylı azərbaycan ədəbiyyatı və durumunu nəzərdən qaçırmayacaqdır.
üçüncü mərhələ 1340.cı onillikdən başlayaraq indiyədək sürən və ikinci mərhələnin davamında yaranaraq ümumiyətlə «kimlik dartışma» mərhələsi kimi səciyələnir.
yekün olaraq demək olar kı: azərbaycan şeirində, məşrütə dövrndə olan yenilik, düşüncə və məzmun faktoru üzrə qurulur. «çağdaşlanma» dövründə ki yenilik isə, modernizmin «tarixi» mərhələsini əks edir. 70.ci onillikdən bu yana isə, biz modernizmin hər iki üzünü yaşayırıq. yəni bu dövr şeirimiz, düşüncəsəl və tarixi mərhələlərini qarışdıraraq yığcam bir modern düşüncəni əhatə etməyə başlayır…
«modern şeir» nədir? hansı özəlliklərlə başqa şeir növlərindən seçilir? artıq şeir aləmində bunu sezmək olur ki bu günkü şeirimizin potensialı bir sıra özəlliklərinə görə klassik şeirimizlə fərqlənir. bu potensiallar əsasında «modern şeir» adlandırdığımız şeirimiz yaranır. ancaq modern şeirimiz hansı tarixi mərhələləri sovuşdurmuş? hansı zamana modern deyirik və nə zamandan modern şeirimiz başlamış? bu mərhələləri araşdırma yönlərinə görə, modernləşmə sürəcini nə zamandan izləməliyik? daha doğrusu modernləşmə cərəyanı neçə mərhələni sovuşdurur? kimi sualları açıqlamaq lazım gəlir.
içlik
birinci cild
önsöz .................................................................... 11
birinci bölüm: aydınlanma dövrü