flaminqoların sevgi lələkləri şeir: hümmət şəhbazi
flaminqoların sevgi lələkləri
şeir: hümmət şəhbazi
.
uçaq gedək boradan
gülər üzlə qapısında dayanan
başqa bir mavi dənizə
dodaqlar
duzlağa çevrilmiş urmu dənizi tək
yaramıza duz tökənlər var
yuvamızı uçuranlar
əllərimizdə
ağ-apbaq qar dənəcikləri
ərimədən,
uçmadan göynədir yaramızı
və hopur qanımızın laxtalanmış qumsallığına
□□□
ötürəm
yoldan ötən bir yolçu tək
ağ əllərimizdə qalan
tanrının qara batdaq mələklər
cənntin qovulmuş igidi
qumsallığında batmış bir gəmi
ürəyinin görünməz sinirlarında
bitmiş dəvə tikanları
flaminqolar
qapamış yerə sevgi ləlklərini
lövbər atmış öpücüklər
qurumuş gölün dodaqlarının çatlarında
ölümünü gözləyən bir qurd kimi
öləcəyik bu nağılın sonunda
axxx!
ağardığınız qar dənələrində
basdıracaqsınız sevgini
yağız torpağın çılpaqlığında
.
muğan \ 1 avgust 2022




بو وئبلاگ ادبی - نظری وئبلاگ دیر بو ساحه لرده بوتون یازی لاری قبول ائده رک یازارلارین اؤز آدلاریلا یایماغا حاضیردیر