Hümmət Şahbazi - Klassikadan modernizmə axan poeziya

Hümmət Şahbazi - Klassikadan modernizmə axan poeziya

Klassik / yeni

klassik / klassik şeir

klassik sözü bizim tarixi anlayışımıza çağdaş zamanda hopmuşdur. keçmiş zamanlarda ümumiyətlə çağdaş termini olmadan onun qarşı tərəfi olan köhnə və ya əski termini də yox idı. «əski» sifəti şeirə aid deyiləsi bir termin deyildir. bəzi təzkirəçilər, bir sıra şairlərin üslubundan danışarkən «bədii və ya təzə şeir» olduqlarına işarə edirlər. ancaq bu «təzəlik» həman «divan» anlayışı çərçivəsindən qırağa çıxmırdı. şeirdə bəzi fərqliliklər yaradan şairlərin üslubuna bu sözü işlədirdilər. yəni məsələ bu kəlmənin işlənib işlənməməsində deyil. ümumiyətlə modern düşüncə bizə axıb gəlməmişdən öncə, əski ədəbiyyat heç zaman özünü çağdaş, və özündən öncəki ədəbiyyatı isə «əski» ya buna bənzər başqa bir adla sadalamayıbdır. təzkirələrdə bəzən fılan şairin yeni üslubu olduğuna işarə olunur; ancaq bu yeni üslub ümumi bir üslub olmadan, həman əski ədəbiyyat çərçivəsində bir üslub olduğuna işarədir.

https://edebiyyat.az/edebi-tenqid/2393-hummet-sahbazi-klassikadan-modernizme-axan-poeziya.html

ادامه نوشته

Şeirimizdə tanrının halları   / Hümmət Şəhbazi

güneyli tənqidçi. Hümmət Şahbazi

    Şeirimizdə tanrının halları

    “Şair tanrı tərəfindən ona yazılan hər bir yazını bir qəza-qədər olaraq qəbul edir...”  - güneyli tənqidçi Hümmət Şahbazi

    “Ədəbiyyat və incəsənət” portalının sevilən “Güneydən gələn səslər” rubrikasında portalımızın Güney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti oxucularımızı güneyli yazarlarımızla hər həftə tanış edirlər. Bu dəfə sizlərə Hümmət Şahbazinin ədəbi tənqidə aid məqaləsi təqdim edilir.


    Hümmət Şahbazi - Şair, yazar, ədəbiyyatşünas kimi tanınmış Hümmət Şahbazi 1971-ci ildə Muğanın Üngüt mahalının Nəriman kəndində anadan olmuşdur. Şeir və ədəbiyyata 16 yaşından marağını göstərmişdir. Onun “Azərbaycan çağdaş şeirinin tənqidi”,”Hekayənin imkanları”, “Modernitə və modernlik”, “Postmodernizmin durumu” kimi kitabları çap olunmuşdur.

    Onun məqalələri, tərcümə etdiyi kitablar da nəşr edilmişdir.

    Şeirimizdə tanrının halları

    Fridrix Nitsşe «Tanrını öldürür». «Tanrının ölümü» ilə «İnsanın dirilməsi»-nə imza atır. Beləliklə, yer üzü tanrısız qalmır, bu dəfə, «insan» tanrı olur. Demək «insan» yeni əsrin həyat fəlsəfəsinə çevrilirdi. Bunun nümunəvi fəlsəfəsini böyük miqyasda «var-oluşculuq» [egzistansiyalizm] da görürük. Bu axımın düşüncəsində insan hətta özündən öncəki fəlsəfədə ən zirvələrdə duran «Tanrı» anlayışıından da yüksəklərə ucalır. Bu, Nitsşenin anlayışında fövqəl-insan (üst-insan) adlanırdı....

    ادامه نوشته

    flaminqoların sevgi lələkləri  şeir: hümmət şəhbazi

    flaminqoların sevgi lələkləri

    şeir: hümmət şəhbazi

    .

    uçaq gedək boradan

    gülər üzlə qapısında dayanan

    başqa bir mavi dənizə

    dodaqlar

    duzlağa çevrilmiş urmu dənizi tək

    yaramıza duz tökənlər var

    yuvamızı uçuranlar

    əllərimizdə

    ağ-apbaq qar dənəcikləri

    ərimədən,

    uçmadan göynədir yaramızı

    və hopur qanımızın laxtalanmış qumsallığına

    □□□

    ötürəm

    yoldan ötən bir yolçu tək

    ağ əllərimizdə qalan

    tanrının qara batdaq mələklər

    cənntin qovulmuş igidi

    qumsallığında batmış bir gəmi

    ürəyinin görünməz sinirlarında

    bitmiş dəvə tikanları

    flaminqolar

    qapamış yerə sevgi ləlklərini

    lövbər atmış öpücüklər

    qurumuş gölün dodaqlarının çatlarında

    ölümünü gözləyən bir qurd kimi

    öləcəyik bu nağılın sonunda

    axxx!

    ağardığınız qar dənələrində

    basdıracaqsınız sevgini

    yağız torpağın çılpaqlığında

    .

    muğan \ 1 avgust 2022

    #urmugölü

    ÇAĞDAŞ GÜNEY AZERBAYCAN EDEBİYATININ SARRAFI: HÜMMET ŞAHBAZÎ Yazar: Pervane Memmedli

     

    Türk Dünyası 4/5/2022 

    ÇAĞDAŞ GÜNEY AZERBAYCAN EDEBİYATININ SARRAFI: HÜMMET ŞAHBAZÎ

    Yazar: Pervane Memmedli

     

    Şâh-bâz-i himmetim her sayda kılmaz iltifat
    Şehr-yâr-i rif’atım her mesnedi kılmaz mekân

    Muhammed  Fuzûlî

    Azerbaycan Türkçesinde eser veren unutulmaz Türk divan şâiri Muhammed Fuzûlî (1483-1556), Şahbaz kuşunun asâlet ve gururuna olan sevgisini yukarıdakı dizelerde ifade etmektedir. Bu makalenin öznesi olan ve soyadı Şahbazî olan Güney Azerbaycanlı şair Hümmet beyi de edebiyat dünyasının şahbazı olarak kabul etmek gerekir.

    Geçen yıl elli yaşına giren Hümmet Şahbazî büyük bir şair ve çevirmen olmasının yanı sıra bugün Güney Azerbaycan’da dil ve edebiyatın sorunlarının en önemli eleştirmenlerinden biridir.

    On altı yaşında şiir yazmağa başlayan Hümmet Şahbazî’nin “Vatan” adlı ilk şiiri “İslamî birlik” dergisinde yayımlanmıştır. Hümmet Şahbazî 1991 yılında Tebriz Üniversitesi Edebiyat Fakültesi Fars Dili ve Edebiyatı Bölümünden mezun olmuştur.

    Çeşitli gazetelerde yayımlanmış 200’e yakın eseri olan Hümmet Şahbazî çevirmen olarak da bilinir. Hümmet Şahbazî Türk edebiyatı temsilcilerinden Nâzım Hikmet, Ahmed Arif, Cemal Süreyya, Hasan Yavuz’un şiirlerini ve Hilmi Yavuz’un eleştirel eserlerini Fars diline çevirmiş, ABD asıllı İngiliz şair, oyun yazarı ve edebiyat eleştirmeni Thomas S. Eliot (1888-1965)’un “Çorak Ülke” (2010), İspanyol şair ve oyun yazarı Federico Garcia Lorca (1898-1936)’nın “Akşamüstü Saat Beşte” (2012) kitaplarının çevirisini yapmış, 2004 yılında “Çağdaş Azerbaycan Şiirinin Eleştirisi” adlı Farsça 300 sayfalık monografyası, 2013 yılında da “Hikâyenin İmkânları” isimli kitapları yayımlanmıştır. Sonuncu eseri olan iki ciltlik “Azerbaycan Şiirinde Modernizm” kitabı üzerinde de on yıl çalışmıştır. Hümmet Şahbazî çalışmalarında  millî  şuur ve millî  kimlik meseleleri gündeme getirmiştir.

     

    ادامه نوشته

    Hümmət şəhbazinin azərbaycan nəsri əsasinda təhkiyə quruluşu kitabı çap oldu

     

    Hümmət şəhbazinin azərbaycan nəsri əsasinda təhkiyə quruluşu kitabı çap oldu

     

               

     

    təhkiyə ədəbiyyatı‎ janrları arasında təhkiyə ünsürləri‎nin fərqli istiqamət‎lərini görürük. hər bir təhkiyə‎li mətnin başlanğıc, zirvə (ya orta mətn) və son bölümü olur. bunlar ümumiyətlə təhkiyənin quruluşunu da təşkil edir.

    təhkiyə metodaları,keçmişdən indiyədək çeşidli ifadə formaları ilə ifadə olunubdur. «hekayət», «nağıl», «yomur»,«ağı», «satira»ların rəvayət metodundan tut bu günkü hekayə, roman, fılm, xatirə, jurnalistika, gündə‎lik yaddaşlar, köşə yazı‎ları və hətta reklam və TV təbliğ metoduna qədər rəvayətin çeşidli ifadəsindən istifadə olunur. biz zaman ardıcıllığı ilə səbəb-nəticə və məntiq üzrə nəql olunan hadisələrə «təhkiyə» deyirik. bu tərifdən belə çıxır kı ədəbiyyat daxilində olan irili-xırdalı bir çox tanıdığımız janrlar özü «təhkiyə» ədəbiyyatına daxildir: nağıl, romans, roman, hekayə, piyes, senari, povest və… bunları nəzərə aldıqda görünür ki hamısının kökündə təhkiyə yəni nəql etmə ünsürü vardır.

    yazıçının bacarığı, qurğu mərhələ‎sindən təhkiyəyə keçən prosesdə və bu prosesin içində başqa təhkiyə ünsürlərindən faydalanma mahitindən asılı‎dır. beləliklə bir ümumi baxışla təhkiyə üzrə qurulan nəsr əsərlərini iki sahədə araşdırmaq olar:

    1. A) qurğu ünsürləri:

    ۱.qurğu 2.başlanğıc 3.toqquşma 4.düyün 5.aslaqlıq 6.gərginlik 7.zirvə nöqtəsi 8.çözüm 9.dəngə ۱۰.son

    1. B) təhkiyə ünsürləri:
    2. baxış bucağı ۲. xarakter / obrazlaşdırma 3. hadisə ۴. əməl (hərkət / aksiyon) 5. danışıq 6. səhnə (məkan, fəza, zaman) 7.mövzu/ məzmun / motiv 8. uslub (ifadə uslubları) ۹. səs ahəngi (intonassiya) 10. texnik

    bir əsərin quruluşunda istifadə olunan uslubları bilmədən, onun profsiyonal oxunmasını da 

     

    ادامه نوشته

    تورکجه یازاق / همت شهبازی

    تورکجه یازاق 


    بعضی‌لری‌ دیلی یانلیش یازماقدانسا، یازماماغی توصیه ائدیرلر.
    آنجاق اؤله‌زیمه‌یه طرف گئدن دیلی قوروماق اوچون اونو دایما وردیشده ساخلاماق گره‌کیر. بونون یولو ایسه یازماقدان، خصوصی ایله نثردن کئچیر. نثر، دیله کیملیک وئریر. اونون استفاده‌چیسینه ایسه ملی اؤزونو درک (خودباوری ملی) بخش ائدیر.

    #همت_شهبازی


    Bəziləri dili yanlış yazmaqdansa, yazmamağı tövsiyə edirlər.
    Ancaq öləziməyə tərəf gedən dili qorumaq üçün onu daima vərdişdə saxlamaq gərəkir. bunun yolu isə yazmaqdan, xüsusi ilə nəsrdən keçir. nəsr, dilə kimlik verir. onun istifadəçisinə isə milli özünü dərk bəxş edir.

     

    Hadi_qaracay bəyin insta səhifəsində son sorğusunu izlərkən

     

    #Hadi_qaracay bəyin insta səhifəsində son sorğusunu izlərkən

     

     

     

     

     

    🌿 Azərbaycan yazarı bu xalqdandırsa t�rkcədə yazmalıd

     

     

     

     🌿 #H�mmət_Şəhba

     

     

     

    🌱İlk kitabımda on ilin �fkəsini yaşamışdım. �yrəncilik zamanı ana dilimizdə sərbəst şeir yazanda "bu dildə sərbəst şeir də yazmaq olar məyər" alay dolu bir sorğu ilə bizi təhqir edənlərə şahid olmuşam. �z� də başqa bir fars b�lgəsində yox, elə qulağımızın dibində, hamımıza doğma olan, k�k�m�z, dilimiz bir olan təbrizimizdə eşidirdim bunu. O zamandan "mən bu ədəbiyyat haqda yazaram, siz də g�rərsiz bu dildə ədəbiyyat vardı" cavabını bilinc altı k�ks�mdə �fkə ilə gəzdiriridim. Belə də oldu. On il �fkə �z işini g�rd�. Farsca yazdığım " #nəqde-şeire-m�asere-azərbaycan"

     

    Bu kitabın fars dilində yazılmasının təkcə amacı bu idi. Hətta bu kitabda ki bəzi b�l�mlər �ncələr qəzetlərdə t�rkcəmizdə �ap olmuşdu və mən onları farscaya tərc�mə etdim.

     

     

     

    🌱Bu kitabdan sonra "ciddi yazılarımı t�rkcəmizdə yazacağam" qərarına gəldim. Ara sıra farsca gedən yaddaştlar isə ciddi yazılar yox, g�ndəlik necə deyərlər t�kətim ( məsrəf) tarixi olan yazılar idi. Bu yazılar mənim baxışımda �rətim ( tolid) versiyyası daşımırdı. Onları �z yaradıcılıqlarıma qatmadan �gey bir uşaq kimi davrandığımı da danmıram

     

     

     

    🌱Bir sıra d�ş�nsəl ve ixtisasca olan kitablar işlədim. Bunları işləyərək, dilimizi də bu m�z�ları yansitmasını sinadım və g�rd�m ki bu dilin potansiyeli daha y�ksəkdir. "#Modernitə və #modernlik", "#hekayənin_imkanları" o sıralardandı

     

     

     

    🌱 Dilimizin g�cl� potansiyelinə daha �ox "azərbaycan şeirində modernizm" kitabımda vardım. Bu kitabda əsas g�t�rd�y�m m�z�lar nəzəri-teori m�z�lar �zrə oldu. He� bir �ətinlik �əkmədən bunları bu dildə m�bahisəyə �ıxara bildim

     

     

     

    🌱 Buna g�rə a�ıq aydın deyə bilərəm ki dilimiz b�t�n m�z�ları yansitmaq ���n �z imkanlarını yazarlarımızın ixtiyarında qoyur, sadəcə ondan necə yararlanmaq s�zqonusudu

     

     

     

    🌱 Bunları nəzərə alaraq bu g�n #azərbaycan_yazarı, �z�n� bu xalqdan bilirsə #t�rkcəmizdə yazmalıdı

     

     

     

    https://telegram.me/dushar

     

    ger.r.. r..  . ziır.telegram.me/dusharge

    ادامه نوشته

    Şeir : Hümmət Şəhbazi

     

    Şeir : Hümmət Şəhbazi

     

     

    Biri dedi

    ölümə arxa çevirdim qaçdım 

    biri dedi

    uşağımın beşiyini 

    yağışın od kimi çaxnaşmasında

    buraxdım qaçdım 

    qığılcımlar od püskürürdü 

    biri dedi 

    qızımın sonanlığı 

    mındar sevişmələrlə 

    Qızıl gülün tənhalığına qovuşdu

    kəpənəklərimin 

    Qançıxmaz gövdəsi 

    duvarlara pərçimləndi 

    biri dedi 

    O üç qadın 

    - o dəniz geyimlisi-

    ulduzların ətəklərində gizlətdi 

    durna gözlərini basdırdılar 

    vətən adlı qumral torpağın altında

    və bütün torpaq sevgisini 

    hördülər hörüklərinin düyünlərində

    ax!

    o taylı bu taylı çayım mənim! 

    həsrət payım mənim 

    yenə də 

    həsrətimi yenilədin.

    ürəyi ürəyimə söykənən birisi

    -yavaşca mızıldadı bunu- 

    ax ! 

    sevgili çayım

    ax !

    Tükənməz həsrətim 

    bu gün 

    ölümdən qaçmışam 

    bu gün 

    beşiyimi yaralı buraxmışam 

    və sənin axar həsrətində 

    beşiklənmişəm

     

     

    #müğan-təbriz - (1993-94)

     

    #Açıqlama:

    İlk Qarabağ savaşında ermənilərin 1993-94 də törətdiyi faciələr nəticəsində ğzlərini #araz çayına vuran soydaşlarımızı görərkən yazılmışdı bu şeir. Duz bir il öncə də #xocalı faciəsini törətmişdilər onlar.

     

    https://telegram.me/dusharge

     

    Hümmət Şəhbazinin “Azərbaycan şeirində modernizm” adlı kitabı işıq üzü gördü

     

    Hümmət Şəhbazi

    “Azərbaycan şeirində modernizm”

    Hümmət Şəhbazi - “Azərbaycan şeirində modernizm”

     

    Tanınmış Güney Azərbaycanlı şair və tənqidçi Hümmət Şəhbazinin “Azərbaycan şeirində modernizm” adlı kitabı işıq üzü gördü.

     

    Hümmət Şəhbazinin Azərbaycan Şeirində Modernizm kitabı çap oldu

    Yazar və tənqidçi Hümmət Şəhbazinin Azərbaycan Şeirində Modernizm kitabı iki cilddə Təbrizin adlım naşiri Əxtər yayın evi tərəfindən çap olaraq işıq üzü gördü. Yazıçı bundan öncə ilk tənqidi əsəri Azərbaycan Şeirinin Tənqidi Araşdırmasını farsca yazmışdı. Bu dəfə yazıçı bu kitabını doğma ana dilimizdə yazaraq təxminən 200 illik bir dövrü yəni M.F.Axundzadədən ta bu günədək bir dövrü çevrəyir. Yazıçı modern dövrünü yaxşıca izah etmək üçün bu dövrdən öncə iki dövrü yəni Aydınlanma və Çağdaşlanma dövrü şeirimizi də araşdıraraq Modern şeirə keçid aldiqda ilk öncə ümumiyətlə modern şeirin nə olduğunu, necə yaranmasını, onun bədii özəlliklərini nəzəri mübahisələrini verir. Bu araşdırmada nümünələr təhlil olunur. Yazıçı kitabın önsözündə bu dövrlər əsasında arşdırmasını belə açıqlayır:

    ilk mərhələdə (aydınlanma dövründə) üzərinə götürdüyü əsas məqsəddə, ənənənin xurafəçiliyini və dini fanatizmi tənqid etmək məsələləri durur. aydınlanmanın ümumi durumunu açıqladıqdan sonra, və bu cərəyanın üsyankar, elmi və usçu (xərdgra) olduğunun necəliyini çözmək üçün konkret olaraq ölkəmizdə yaşadığımız durumlar göz önündə canlanır. aydınlanma dövrü ölkəmizdə necə yaranaraq canlanır və hansı ilkələri mənimsəyir? sorğusuna aydınlıq gətirməyə çalışaraq ilk ictimai modernistlərimizdən də söz açacağıq.

    ikinci mərhələ siyasiləşmə mərhələsidir. bu dönəm Rizaşah və ölkələr arası sərhədlər qoyulduğu çağdan başlayaraq yerli siyasətin qadağalarına etiraz və üsyankarlıq mərhələsi kimi aydınların düşüncəsini məşğul edir. azərbaycan ədəbiyyatında, siyasiləşmə dövrünədək (Rizaşah zamanınacaq) sərhəd yoxdur. yəni o taylı bu taylı ədəbiyyat, bir-biri ilə ilgi və ünsiyyətdədilər. elə buna görə biz də, bu zamanacaq ədəbiyyatımızda heç bir fərq qoymadan ümumiyətlə bu dövrün ədəbiyyatını bir yerdə araşdıracağıq. doğrusu da elə budur. çünki Fətəli Axundzadə, Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, üzeyir hacıbəyli kimi ədəbiyyatçıların yazı və şeirləri tam butayla əlaqədə olaraq səciyələnir. üzeyirin məşrütə haqda yazdığı filyetünları, Sabir və MirzəCəlilin yazdığı şeir və nəsrləri bu tayı özəlliklə yansıdır. eyni halda bu tayda çıxan dərgi və qəzetlər, şair və yazıçılar o tayı heç də gözdən qaçırmayırlar. belə olan halda bizcə bu ədəbiyyata sınır və sərhəd qoymaq, gerçəkliyə göz yummaqdır. buna görə bizim ictimai ədəbi yozumlarımız, siyasiləşmə dövrünədək o taylı, bu taylı azərbaycan ədəbiyyatı və durumunu nəzərdən qaçırmayacaqdır.

    üçüncü mərhələ 1340.cı onillikdən başlayaraq indiyədək sürən və ikinci mərhələnin davamında yaranaraq ümumiyətlə «kimlik dartışma» mərhələsi kimi səciyələnir.

    yekün olaraq demək olar kı: azərbaycan şeirində, məşrütə dövrndə olan yenilik, düşüncə və məzmun faktoru üzrə qurulur. «çağdaşlanma» dövründə ki yenilik isə, modernizmin «tarixi» mərhələsini əks edir. 70.ci onillikdən bu yana isə, biz modernizmin hər iki üzünü yaşayırıq. yəni bu dövr şeirimiz, düşüncəsəl və tarixi mərhələlərini qarışdıraraq yığcam bir modern düşüncəni əhatə etməyə başlayır…

    «modern şeir» nədir? hansı özəlliklərlə başqa şeir növlərindən seçilir? artıq şeir aləmində bunu sezmək olur ki bu günkü şeirimizin potensialı bir sıra özəlliklərinə görə klassik şeirimizlə fərqlənir. bu potensiallar əsasında «modern şeir» adlandırdığımız şeirimiz yaranır. ancaq modern şeirimiz hansı tarixi mərhələləri sovuşdurmuş? hansı zamana modern deyirik və nə zamandan modern şeirimiz başlamış? bu mərhələləri araşdırma yönlərinə görə, modernləşmə sürəcini nə zamandan izləməliyik? daha doğrusu modernləşmə cərəyanı neçə mərhələni sovuşdurur? kimi sualları açıqlamaq lazım gəlir.

    içlik

    birinci cild

    önsöz .................................................................... 11

    birinci bölüm: aydınlanma dövrü

     

     

    ادامه نوشته

    SƏLİM BABULLAOĞLUNUN ŞEİRLƏRİNİ OXUYARKƏN...  yazan. Hümmət Şəhbazi

     

    SƏLİM BABULLAOĞLUNUN ŞEİRLƏRİNİ OXUYARKƏN...

    yazan. Hümmət Şəhbazi

     

    Şair Səlim Babullaoğlunun İranda "Yaşmaq" kitab seriyasından nəşr olunan və seçmə şeirləri toplanan kitabı müəllifin "Avqust" şeirindən götürülmüş bir misra ilə, "Küləyə qarşı gedən qadın" adlanır. Kitabın naşirləri və redaktorları Həmid Asəfi, Səid Muğanlı və Məsihağa Məhəmmədidir. Səid Muğanli Səlimin şeirləri haqqında yazır: "Çağdaş quzey şeirimiz öz nəhənglərinin çiynində dünya ilə ayaqlaşmaqda və yürüməkdədir. Səlim həmin kəslərdəndir...." Həmid Asəfi bir başqa cür düşünür: "Bəzi şeirlər bizi oxuyarlar. Səlimin şeirləri halımın nə çağına düşübsə, həmişə məni oxuyubdur..." Kitabda güneyin ciddi ədəbiyyatşünaslarından olan Hümmət Şahbazinin Səlim Babullaoğlu haqqında məqaləsi yer alıb. Maraqla qarşılanacağını düşünərək, məqaləni oxucularımıza təqdim edirik.

    ...Onlarda iki obraz görmək olar:

    Biri gündəmdə gedən, hamıya bəlli və tanış olan gerçəklik, ikincisi isə onlarla ilgidə olan yeni və sərbəst yozumdur. Şairin sintezində yaşanan və oxucuya çatdırılan an isə yeni dünyagörüşü skeletidir.

    "Uşaqlar və ölum haqqında" şeirində həyat və ölum bir uşağın yozumu ilə dartışılır. Onlar iki doğru varlıqlardır. Şeirin gerçək üzü danılmaz olan "ölum"dur. Bəs yenilik nədir onda? Onların dartışmasından çıxan şairin, Məsiağa Məhəmmədi demişkən, "sərbəst yozumudur". Böyüklər ölumü fikirləşəndə qorxur, ümidsizləşir və ya dünyanın fani olduğunu düşünür. Ancaq Səlimin uşaq gözüylə ölumə baxışı da dirilikdir. Çünki uşaq öz istəyi ilə gülümsəyərək, gözlərini yumur, uzanır, ölür və ya özünü ölmüşlüyə vurur. Az sonra isə ölumu lağa qoyur. Çünki yaşamaq istəyir.

    Beləliklə, Səlim ilk öncə bir mövzunu, ictimai davranışda olan bir sözü, bir problemi ortaya atır, sonra onların üzərində düşüncələrini şeirsəlləşdirir. Bundan çıxarılan nəticə isə yeni yozumlarla verilən anlayışlardır. Daha doğrusu, bu yeni anlayış alışdığımız və vərdiş etdiklərimizdən fərqlidir ("Avqust" şeiri).

    Mən Səlimin şeirlərində yuxarıda dediyimdən başqa iki qabarıq özəllik görürəm və onları vurğulamaq istəyirəm:

    A) təkrarlıq üzrə yaranan poetik təkid;? ?

    B) süjetlik

    "Lal qızın anlatdıqları", "Bəzi görüntülər", "Ürək döyüntüsünə ithaf" kimi şeirlərdə sözlər axarlıqla təkrar olur və bu təkrarlar şairin yanaşdığı mövzuları təkidləşdirir. Səlimin bəzi şeirlərində, təkrar olan söz və ya anlayış, şeirin bütünlüyünü qoruyur. Örnək üçün: "Bəzi görüntülər" şeirində "əlləri görürəm" deyimi şeirdə bir-birindən fərqli anlam daşıyan kiçik fraqmentləri birləşdirir. Bu şeirdəki bəndlərin bir-birindən fərqli təsvirləri vardır. Ancaq şeirin bütünlüyü bu misra ilə təmin olunur. Şair dünyada baş verən təzadlı anları göz önünə gətirir və yaxşı-pisini müəyyənləşdirməyi oxucunun üzərinə qoyur. Oxucu təzadlar içərisindən seçim etməlidir, o, oxucuya bu şansı, daha doğrusu, bu yozum haqqını verir və oxucu şeiri davam etdirə bilir. Bu kiçik deyimin şeirdə o qədər önəmli rolu vardır ki, şeirdən götürülsə, şeir parçalanacaq və hər bənd özlüyündə başqa-başqa şeirlər olacaq və anlayışca birbirindən asılı olmayan bəndlər müstəqil "hayku" şeirləri kimi səslənəcəkdir.

    Səlimin şeirlərindəki təkrarlar mühüm poetik məna daşıyır. Şair onlardan yararlanarkən, azacıq qəflət etsə, şeirində bütövlük görünməyəcək. Nə yaxşı ki, Səlim şairlik bacarığını elə bu məqamda göstərir. Eyni sözləri onun "Avqust" adlı şeiri barədə də demək olar. Burada bağlayıcı rolu oynayan "Hava tam qaralmayıb" misrası təkrarlanaraq, şeiri də bütövləşdirir.

    Səlimin poeziyasındakı bəzi təkrarlar isə xatırlatma rolunu oynayır. "Doqquzuncu hissə" şeirindəki "Təksən" sözü buna örnəkdir.

    Bu təkrarlar oxucunu yormur. Adətən, oxucu misranın tezliklə sona çatmasını istəyir, onu məqsədə sürətlə yetirən mənaları sevir. Buna görə ümumiyətlə, təkrarlıq onu yorur. Amma Səlimin şeirlərində oxucu özü təkrarların ardını tutmaq istəyir.

    Məncə, onun bu özəlliyi süjetliklə bağlıdır. Oxucuda emosiya yaratmaq, onu intizarda saxlamaq bacarıq tələb edir. Bu, Səlimdə var. Şairin süjetli şeirlərində söz, danışıq və duyğu şeirin təsvirlərini kamilləşdirir. Bu da onun şeir dilini danışıq dilinə yaxınlaşdırır. Bu dil onun şeirində formalaşır, obrazlıq qazanır.

    Səlim "süjetlik" daşıyan şeirlərində gərəkli olmayan vəsflər və ya anlayışlardan özünü qorumalıdır. Şeir ritmik yazılmaqla musiqiyə, süjetli ?yazılmaqla isə nəsrə yaxınlaşır. Bunlardan aşırı istifadə etməyin zərəri var. Birincidə şeir köhnə şeirin əruzlu-qafiyəli dadını verir. İkincidə isə uzunçuluğa uğrayır. Səlim hər ikisindən istifadə edərkən, özünü qoruyur. Ancaq bəzən qorumayanda, hər ikisi onu tapır. "Dostlar" şeirində gözə dəyən köhnə şeirin elementləri buna örnəkdir. Bəzən də "süjetlik"dən həddindən artıq yararlananda dediyimiz uzunçuluğa uğrayır. "Atalar və uşaqlar" şeirinin axarlığına baxmayaraq, bəzi gərəkli olmayan yerləri ixtisar eləmək olar :

     

       mən bilmirəm niyə uşaqlıq dostum

       qarğı atın belindəki, ayaqyalın

       ağ atlı oğlan çağırdığımız çaylı rövşən

       dünyasını hamıdan tez dəyişdi,

       ona hansı div qalib gəldi? ...

     

    Burada "niyə uşaqlıq dostum" deyiminin olması şeirdə gərəkli deyil. O olmasa, şeir yığcamlaşar. Başqa yöndən isə oxucu şairin təsvir etdiyi şəxsin təkcə uşaqlıq dostu olmasıyla qənaətlənmir, əksinə, bütün məqamlara yozur. Yəni belə olan halda yozum dairəsi genişlənir.

    Əlbəttə, Səlimin süjetli şeirlərində bu hallar az görünür. Daha doğrusu, süjetin axarlığı şeiri həm uzunçuluqdan, həm də klassik şeirdə olan yeknəsəq ritmdən qoruyur.   

     

     

    Hümmət ŞAHBAZİ, 

    Güney Azərbaycan, Muğan

     

    525-ci qəzet.- 2009.- 16 may.-  S.23.

    ادامه نوشته

    Taniyaq: hümmət şəhbazi, esmira fuad

     

     

    Taniyaq: hümmət şəhbazi,

    esmira fuad

     

     

    Əziz ooxucular "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.


    Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
     
    Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

    Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

    Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

    Esmira Fuad
    Filologiya elmləri doktoru

    Hümmət ŞAHBAZİ

    1971-ci ildə Muğan mahalının Nəriman kəndində dünyaya göz açıb. İlk təhsilini doğulduğu kənddə alıb. 1983-cü ildən ailəsi ilə birlikdə Muğanın Parsabad şəhərinə köçüb. Ali təhsilini 1991-ci ildə bitirdiyi Təbriz Universitetinin fars dili və ədəbiyyatı fakültəsində alıb.

    Bədii yaradıcılığa 16 yaşında başlayıb. İlk şeiri ("Vətən") "İslami birlik" həftəliyində dərc olunub. O, həm də araşdırmaçı və tərcüməçi kimi tanınıb. Bir sıra tanınmış türk müəlliflərinin əsərlərini fars dilinə çevirib. Çoxlu sayda kitabları və məqalələri dərc olunub.

    "Təpəgöz"ləşən fəryad

    İçimin dərinliyində
    boğur qarışqaların nəfəsi məni,
    darıxıram
    xinovlanmış sükutuma,
    amma sənin səsin
    kirpiklərinin altında gizlənmiş.
    Dünən
    şeirimdə bir kəlmə yatmışdır
    eyni ilə kirpiklərinin altında
    mürgüləyən fəryad kimi,
    sonra, o fəryad
    "təpəgöz"ləşdi,
    harınlaşdı,
    bütün röyaları uddu
    və sevgimiz
    uyumayan qayalarda qaldı:
    - Havax görüşə bilərik sevdiciyim?
     
    Hə! Ara vermədən deyim kı:
    Bu gün Dədə Qorqud gəlmişdi bizə,
    "Basat"ı da özü ilə gətirmişdi;
    Sən, gördüm gözəlləşmişdin,
    kirpiklərin açıldıqda,
    gözlərin daha da axıcı idi...
    Kirpiklərinin qatında
    sonsuz səsləri
    gizlətmək olardı

     

     

    http://525.az/site/?name=xeber&news_id=129354#gsc.tab=0 

     

     

    ادامه نوشته

    Şeir və Gerçəklik  HİLMİ YAVUZ

     

    Şeir və Gerçəklik

    HİLMİ YAVUZ

     

    UYĞUNLAŞDIRAN: HÜMMƏT ŞAHBAZİ

     

    Şeirin, Gerçəklikliklə olan əlaqəsi, problematiktir: Gerçəkliyi, hər hansı bir dəyişdirməyə uğratmadan diləgətirdiyində, şeir olmaz; Gerçəkliyi, dəyişdirməyə uğradaraq diləgətirdiyində isə Gerçəklik, Gerçəklik olmaqdan çıxar.

    Bu problematik əlaqənin həlli, şeir dilini, gündəlik danışıq dilindən ayırmaq; şeir dilini 'simvolik dil'; Gerçəkliyin dilini də 'gündəlik danışıq dili' olaraq təyin etməkdir. Beləcə Gerçəklik, Dünyaya aid bir Gerçəklikdən, şeirə aid bir Gerçəkliyə çevrilər: Dünyaya ya da Təbiətə bağlı Gerçəkliklə, sənətə, başqa sözlə də şeirə aid Gerçəklik ayrı-seçkiliyi ortaya çıxar.

    Gündəlik dilin işarə etdiyi Gerçəklik, empirik (təcrübi, qeyr elmi) olaraq təsdiqlənə bilər ya da yanlışlana bilər mülahizələrlə dilə gəlir. Məsələn, mən indi 'Çöldə sıyıq sıyıq qar yağır' desəm, bu dərhal pəncərədən çölə baxılaraq səhvlənə bilər. Halbuki məsələn, Paul Eluardın

    'Dünya mavi bir portağaldır' düzəsi, səhvləmə ya da təsdiqləmə hərəkətinin kənarındadır; bu günə qədər heç kim, dünyanın mavi bir portağal olmadığını sübut etmək, başqa sözlə də Eluardın bu düzəsini yanlışlamaq gərəyini duymamişdir.

    Daha əyləncəli bir nümunə verim: Attila İlhanın:

    "Nə vaxt Maçka"dan geçsəm / Limanda hamı / həmişə gəmilər olardı" misralarini, 'Attila İlhana elə görünmüş; görəsən doğrumu bu?' deyə, hər səhər Maçkadan keçərək limana baxmağı sınayıb təsdiqləməyə ya da yanlışlamağa çalışan birinə şahid olsanız, kim bilər nə düşünərdiniz?

    Şeirin, bu mənada Gerçəkliyi diləgətirişdə Düzgünlük ya da Səhvən bir əlaqəsi olmadığı ortadadır. Amma bundan, şeirin yalan danışdığı nəticəsi çıxarıla bilərmi?

    Füzulinin o məşhur:

    "Gər dersə Füzuli ki gözəllərdə vəfa var

    Aldanma ki şair sözü əlbəttə yalandır"

     beyti, ümumiyyətlə şairlərin yalançılığına şahid göstərilər. Halbuki mənşəyi, qədim Yunan fəlsəfəsinə qədər gedən bir paradoksdur bu: Fəlsəfə tarixində 'Epimenides Paradoksu' deyə tanınan paradoks: Epimenides, 'Bütün Giritliler yalançıdır' demişdir. Epimenides, Giritlidir: Elə isə bir Giritli Giritliler yalançıdır' deyərkən doğrunu söyləyirsə yalançıdır; ya da yalançıdırsa doğrunu olaraq 'Bütün söyləyir Epimenides. Füzuli də, bir şair olaraq 'bütün şairlər yalançıdır', deyərkən, Epimenidesin paradoksunu diləgətirmiş olur: Şairlər doğrunu söyləyərkən yalançı, yalan danışarkən doğruçudurlar!

    Füzulinin bu paradoksunu Nietzsche də təkrarlayar: 'Ancaq şüurlu və istəncli olaraq yalan söyləyə bilənlər- ki, bunlar yalnız şairlərdir' deyər Nietzsche, 'ancaq onlar doğrunu söyləyə bilər.'

    Fernando Pessoanın da bunlara yaxın ehtiva etmələri olan bir dördlüyü var;- belə:

    "Şair, fırıldağın biridir / Elə ustalıqla edər ki bunu / Gerçəkdən acı / ağrılı çəkərkən də/ Acı / ağrılı çəkirmiş kimidir"

    Aragon da Le Mentir Vrai'də tastamam bunu izah etmək istər. Bundan yardım alıram: 'Roman (diləsəniz, buna 'şeir' də deyə bilərsiniz), yalan danışmanın ən uca formasıdır: Yalan, burada Düzgünlüyə çatmağa kömək edər.'

    Ərəbcədə şairlər üçün deyilən bir söz vardır: Ahsənu əkzəbu (Şairlərin ən yaxşısı, ən yaxşı yalan danışanıdır). Maraqlı olan budur: Almancada da Dichten hərəkəti, diqqət yetirilsən, həm 'şeir yazmaq' həm də 'uydurmaq' mənasını verər.

    Şairin yalançılığı, gerçəyi köçürmək ya da çatdırmaqdan ötəri deyil, gerçəyi ya da həyatı, yenidən yaratmaq olmasından ötəridir!

    Şeirin Gerçəklik ilə olan əlaqəsinə gəlincə, o başqa bir məsələdir.

     

    Zaman qəzeti, 30 May 2007, Çərşənbə

    ادامه نوشته

    Cənubi   Azərbaycan  ədəbiyyatı :  ədəbi müzakirə

     

    Ədəbi müzakirə

     Cənubi   Azərbaycan  ədəbiyyatı

     

    Müzakirədə Berlində yaşayan güneyli  mühacir şair Nasir  Merqati, şair  və araşdırmaçı Hümmət Şahbazi, şair və naşir Səid  Muğanlı və ədəbiyyatşünas, publisist Pərvanə Məmmədli(moderator) iştirak edirlər.

    Pərvanə Məmmədli: Biz vahid  Azərbaycan ədəbiyyatından  söhbət  açırıq. Amma onun tərkib  hissəsini, məlum səbəblərdən bizdən ayrı düşmüş Arazın o biri sahilində yaranmış Güney Azərbaycan ədəbiyyatını nə qədər tanıyırıq? Orada soydaşlarımızın yaratdığı ədəbiyyatı oxumaq istəyən zaman əlifba,bəzən də dialekt,dil(rəsmi dilin farsca olduğunu nəzərə alsaq) əngəlləri, baryerləri qarşıya  çıxır.Güneydə ədəbiyyatın durumu,ədəbi proses,bu  ədəbiyyatın ən gözəl nümunələrini yaradanlarla bağlı  növbəti söhbətimizitəqdim edirik.

    Güney  Azərbaycanda çağdaş ədəbiyyatın öncülləri Həbib  Sahir  və Bulud  Qaraçurlu  Səhənd sayılır. Bu iki ünlü şair zamanın və mühitin tələbləri ilə səsləşən əsərlər  yazıb yaratdılar.Həbib Sahir Türkiyədə təhsil almışdı.Türkiyə ədəbi mühiti  ilə yaxından tanışidi.Fransız  dilini də yaxşı bildiyindən Fransa  ədəbiyyatını orijinaldan oxuyur,Avropadakı yeni  ədəbi axınları mənimsəyə bilirdi.Bu dildən çevirmələri də az  deyildi. Sahir tablo kimi yaratdığı poetik təsvirlərində də bol bol sintaksislər; zərf və sifətlərdən yararlanırdı..

    Nasir  Merqati: Sahir ölkəyə döndükdə, (Türkiyədən qayıtdıqda) bir yandan Türkiyə yenilik və köhnəlik dartışmaları təsirində, biryandanda İran ədəbiyyatında 1300 (Miladi  tarixi ilə 1921)-cı ildən bəri Tağı  Rüfət və Nıma YuşıcinYeni  şeir(«şeiri-no»)axınının bəhslərin etkisində olubyazdığı şeirlərndə ərüz və heca şeirini “sındırmağa” başladı. Aydındır kı,“misrasındırma” bəhsinə gəldikdə, bunu demək lazmdır kı, Sahir bu konuda qəti bir inanca çatmayıb, ona görə də onun yalnız bir neçə şeirində bunu  təcrübədən keçirdi. Bu isə klassik şeirin ögey qolu olan əruzda, təkmilçilik sayıla bilər.

    Hümmət  Şahbazi: Sahirin  yeni  şeiryılə şeirimiz reallaşaraq forma baxımından çağdaşlaşır,amma modern şeir olmayır. Onun şeiri tam modernləşməyır, yalnız çox az nisbətdə modern şeirin olaylarını qəbul edir. Onun şeirindəki şeir obrazlığı, klassik şeirdə olduğu kımı «vəsf»lə irəli gedir. Halbukı modern şeirdə vəsf yox, «imgə»lərin axarlığı şeiri şeirsəlləşdirir. Sahirın «Lirik şeirlər» əsərindəki zehni təsvirlərin ardıcıllığı, oxucu nəfəsini qaraldır. Oxucunu üzür. Daha doğrusu bu vəsflər, modern şeirin özəlliyindən sayılan imgəyə(obraz) çevrilmir. Çox zaman Sahirin zehni vəsfləri, şeiri romantizmə doğru yönəlir. Doğrudur, Batıda da modernləşmə sürəci ilk dəfə  romantizmə qapılır. Ancaq Sahirdə, «romantizmlə sürreal» şeirin birgə özəlliklərini görürük. O bu iki axımı məniməsədikdə modern şeirimizə yol açır. Nasir  Merqatinin bu haqda gözəl açıqlaması var.

     

    ادامه نوشته

    Hümmət Şahbazinin şeirləri, yaxud “DİŞİMDƏ BOĞULAN HARAY”: cavaçşir yusifli

     

    dəyərli yazar və tənqidçi Cavanşir Yusiflinin 2008də yaz güney şeir həftəsində yazdığı yazısını yenidən təqdim edirəm:

     

    Hümmət Şahbazinin şeirləri, yaxud “DİŞİMDƏ BOĞULAN HARAY

     

    Cavanşir YUSİFLİ

     


    "Güney Azərbaycan ədəbiyyatı" həftəsi

     

    Hümmət Şahbazini uzaqdan tanıyıram. Şeirlərini oxumuşam. Müxtəlif saytlarda (ilk dəfə Məsiağa Məhəmmədinin irfan.azeribloq.com bloqunda) və onun şəxsi bloqunda. Müşahidələrimə görə, Hümmət Güney Azərbaycan şeirində gedən proseslərin simvolik deyil, qabarıq bəlirtisidir, məlum səbəblərə görə Güney Azərbaycan poeziyasında müşahidələr aparıb dəqiq bir proqnoz qoymaq, aparılan təhlillərin sonucunda dəqiq ayrıntıları olan nəticəyə gəlmək mümkün deyildir. Zövqlərin müxtəlifliyi, baş alıb gedən proseslərin xarakteri, incələnməsi və ən əsası ədəbiyyatımızın bu qolunun zaman-zaman elmi araşdırmadan kənarda qalması... elə bir mənzərə yaradıb ki, bu prosesin içində ədəbiyyatımızın inkişafı üçün önəmli və ikinci dərəcəli hadisələri bir-birindən ayırmaq müşkülə çevrilmişdir. İndi Güney Azərbaycan problemi ilə çoxsaylı qurumlar məşğul olsa da (məncə, daha çox şüar şəklində), dünyanın müxtəlif yerlərinə səpələnmiş soydaşlarımızın son dərəcə maraqlı ədəbi nümunələri, bir qayda olaraq bizim ədəbi icmalların dairəsinə daxil olmur, onlardan daha çox fərqli, ayrıca bir hadisə kimi bəhs edilir. Halbuki, fikrimcə, bütün fərqli aspektlərinə və fərqli durumuna baxmayaraq, söhbət eyni bir prosesdən getməlidir və bu iki qolun vahid məcrada araşdırılması perspektiv üçün gözlədiyimizdən də maraqlı ola bilər. Adətən mahiyyətcə eyni olan hadisələr özlərini fərqli bəlirtiləri ilə sərgiləyir, eyni kökdən gələn bu qabarıq fərqlər diqqətli incələmə tələb edir.
    Bu mənada Hümmətin indiyə kimi oxuduğum şeirləri və Azərbaycan ədəbiyyatının müxtəlif elmi problemlərinə yönəlik məqalələri (o həm də "Müasir Azərbaycan (Güney Azərbaycan nəzərdə tutulur – C.Y.) şeirinin tənqidi” adlı monoqrafiyanın müəllifidir) yaxşı mənada bildiyimiz, beynimizdə kök salmış təsəvvürlər baxımından xarakterik deyil və kultaz-ın oxucuları üçün maraq doğura bilər.
    Şeirləri təqdim etməzdən öncə onların mənim üçün nəyə görə çox maraqlı görünməsini açıqlamaq istərdim. Bu şeirlərdə əvvəla, mənim həmişə axtardığım vahid plan var – bənzətmələr, məcazlar, epitetlər... bu vahid tikilinin adi elementləridir, hansısısa görünür, hansısısa görünmür, yəni onların sabit yerlərindən "durub, səfər etməsinə ”, özbaşına hərəkətlər edərək bədii mətnin içində xaos yaratmasına... ehtiyac duyulmur. Bəzən bütün bu hərəkətləri (dalğavarı hərəkətləri) biz özümüz yaradırıq, elə nöqtələrə toxunuruq ki, oradan şeir şəklini, formasını, mahiyyətini itirməyə üz qoyur. Yəni, forma ilə elə oyunlar qururuq ki, yazacağımız şeir sadəcə ürəyimizdə qalır, vərəqin üstündə isə tamam başqa hüceyrələr görünür, nə qədər özümüzü aldatsaq da onlar birləşmir, vahid orqanizm yaratmır və ən acınacaqlısı yaxşı, parlaq müqayisələrin mənbəyi, boğçası, heybəsi... kimi yerindəcə durur. Bədii filmlərimizdə də belədir, kino unudulur, içindəki ayrı-ayrı sözlər, cümlələr yaşayır – mətndən ayrı!
    Hümmətin şeirləri bu gün ədəbi prosesdə mövcud olan bir çox qüsurları anlamaq baxımından da önəmlidir. Hümmət şeirlə nəyəsə tərif vermir, onun bədii boyalarla konturlarını aydınlaşdırmır, sözün, mətləbin bətninə nüfuz etməyə çalışır və tapdığını ürəyində min illərdi susan DİLİN içində gizlədir. Bu hal bizi şeiri dəfələrlə oxumağı tələb edir, ona görə yox ki, anlaşılmır, ona görə ki, bunu HÜMMƏT yazıb və onun daxilində dilimizin yalnız yuxumuza gələ bilən pıçıltıları var. Bu ona görə belədir ki, Hümmətin sözlərində mənanın, bədii məntiqin öyrəşmədiyimiz aspektləri mövcuddur. Diqqət yetirin, bu sözlərə baxış, yaxud, belə deyək, sözlərin içindən dünyaya baxış zəif nüans şəklində olsa da elə bil ki, ayrıdır, elə vəziyyətdədir ki, düşünməyə sövq edir, ancaq oxuya-oxuya deyil, oxuyub qurtardıqdan sonra! Bu cüzi fərq düşüncəndə təbəddülat oyadır, belə deyək, şeirdən – mətndən ayrılıb "çayın qıvrımını” təsəvvür etmək istəyirsən. Yeri gəlmişkən eyni prinsip Rəsul Rzanın "Ərk Qalası ” şeirində də izlənilir – kiçik bir məkanın içinə bütün dünyanın daşınması, balaca bir məkanda bütün dünyanın, ona aid edilən mənaların ələk-vələk edilməsi, birdən, qəfildən pəncərə açılır və hər şey çölə sovrulur – bu "qəza” nəticəsində dünyaya gələn hadisələr, ştrixlər, nüanslar özlərini tam fərqli formada göstərirlər.
    Hər şey birdən başlayır və anidən min il qabaq dünyada gedən proseslərə qoşulur, nəyin qədim, nəyin indi baş verməsini heç kəs kəsdirə bilmir...

     

    ادامه نوشته

    Söz, kitab, savaş  Hümmət şəhbazi

     

      Söz, kitab, savaş

      Hümmət şəhbazi

     

    Söz, insanın hər zaman kantekstində ayaq üstdə duran bir gerçəklikdir. incil”in “hər şeydən öncə söz var idi və söz tanri idi” ayəsindən tutmuş indiyə qədər. sözü yaşadan insanın hər zaman ətrafı savaşlarla keçibdir. Buna görə insanlar, hətta Ezra Pound kimi faşizmi dəstəkləyən və savaş tərəfdarı olan bir söz sahibinin də sözünü oxumaqdan çəkinməyibdir. Yazılan söz və mətn öz səlqəsinə oyğun  oxucusunu, daha doğrusu U.Eko demişkən özünün “örnək oxucusunu” yaradır. Profsiyonal mətnin profsiyonal oxucusu,  mətnə əyləncə kimi baxanların da öz örnək mətnləri var oxumağa. Bu baxımdan marksisti baxışı qırağa qoysaq kitab özü də bir məhsuldur. 

    Savaş özü bir toplumsal (ictimai) fenomen olaraq sözün, kitabın mövzü məsələsinə çevrilərək hətta çoxları savaş ədəbiyatı da yaratmışdılar. E.Hemingvey”in “silahlarla vida”dan tutmuş kitaba miniatürik yön verən Orxan Pamuka qədər. deməyim odur ki, savaşın içində savaşın bütün hər yönlü (yaxşı-pis) yaddaşlarını mənimsəyib kitablarda yaşadanlar ürəyimiz istədiyi qədər olubdur.

    Sözün yaxudda kitabın Zavala uğrmasının təsəvvürü çətindir. Bu, hər zaman belə olubdur. Çap texnolojisi gəldikdə, keçmişin əlyazmalar sənəti arxa plana keçdi. Ancaq söz ölmədi. Çünkü yeni dirçələn texnika əlyazmanı istədiyi varyantda göz önünə gətirdi. Kitab arxayınlığa çıxdı. Zaman gəlişdikdə kitab daha da dinc və arxayın durum yaşayır. Bu gün söz, kitab insan üçün ağır yük sayılmır. Söz sənin yaddaşını sıxışdırdığı zamanda kiçik bir texniki yaddaşdan yardım alırsan. Bir kitabı özünlə gəzdirməyə çətinlik çəkdiyin yerdə minlərlə kitabı bir ovucunda gəzdirə bilirsən. kitab bu durumu yaşadıqda arxayındır.

    Bəziləri o cümlədən E.husserl, yunan düşüncəsinə söykənərək sözün, ifadə qabiliyətini qabartmışlar. O sözün, dilin doğru səviyəsini ifadədə görür. Ifadə, danışıq (hər kimsə tərəfindən) bir növ iç dünya ilə danışmaqdır. Iç dünyada hər bir sözün öz səsi var. buna L.strauss kimi mütəfəkkirlər faciyəvi cəhət verir. O, “yazi”nı buna görə pisləyir və ikinci dərəcdə önəm verir ki, insanlar “yazı” vasitəsiylə üz-üzə daynaraq diyaloqa keçə bilmir. Bu da insana zid olaylara o cümlədən savşa gətirib çıxarır.

    J. Derrida isə, Husserl”in bu düşüncəsinin əleyhinə olaraq bu düşüncədir ki, “yazı” və “dilin yazarlığı” hərflər göstəriciləri kimi özünü göstərir. Hərflər oxucu ilə ilgi quraraq onun yazarının faşist, optimist, nihilist, savaçı, dindar və bir sözlə nəyə qulluq etdiyini unudur. Oxucu, yazarın hansı niyyətdə olduğunu sezmir. O, anlamı: mətndə, yazıda, sözdə tapır. “yazı” bir göstəricidir. Onu qavramaq olur. Hətta yazar özü də, öz mətnini oxuyanda bir başqa oxucudur. Öz yazısını bir başqası kimi qavrayır.

     

    1 noyabr 2014

     

    qaynaq:

    Kitabçı . № 7. Dekabr / baş.red. S. Babullaoğlu - Bakı : 2014.

    ادامه نوشته

    mənim də bir adım gəlsin dilizə    Hümmət şahbazi

     

    mənim də bir adım gəlsin dilizə 

     Hümmət şəhbazi

     

     

    heydərbaba sənun uzun ağ olsun

    dört bir yanun bulağ olsun bağ olsun

    bizdən sora sənun başun sağ olsun

    dünya qəzov-qədər ölum itimdi

    dünya boyı oğulsuzdı yetimdi

     

    heydərbaba yolum sənnən kəc oldı

    ömrum keçdı gələmmədim gec oldı

    heç bilmədim gözəllrun necoldı

    bilməzidim döngələr var dönum var

    ayrılıq var itginlik var ölum var

     

     

    Bu iki bənddə, heydərbabanın bir çox bəndlərinin əksinə olaraq süjetlik (rivayət) yoxdur. Şəhriyar rivayətdən qırılaraq özünün şəxsi mövqeini bəzi qonular haqda bildirir. Heydərbabanın bəndlərində ümumiyətlə gerçəkliklər olduğu kimi köçürülür. Bunlar heç bir kimsəyə qeyri-adi olmayaraq tanışdır. Bu iki bənddə bir çoxlarını düşündürən "ölum" məsələsi şəhriyarı da düşündürür.

     

    Ölum məsələsi əski ədəbiyatdan indiyədək çoxlarını düşündürən bir anlayışdır: "qıl qamışda" "ənkidu" nun ölumu, dostu qılqamışı, "dədəqorqud"da əzrail la "dəli domrul"un macərası və dəli domrul "ölumu" bir maddi əşya kimi qavraması, sufizmin ölum qonusuna təcridi yanaşması. bunların arasında dəli domrulun ölumdən sezdiyi məqsəd maddəsəllik daşıdığı üçün başqalarından seçilir. Və yeni çağ baxışına yaxınlaşır. Burda ölumun qarşısında usyançı ruhla yenilməməzlik var. qılqamış puçluğa yönələn ilkin insandır sonuncular isə nihilistlərdir.

    Bəziləriysə ölum qarşısında nə nihilist və nə də usyançıdılar. Bunlar sufizmə bağlı olan qəzuqədərçilərdir (təqdir gərayan). Şəhriyar bu sıraya daxil olur. Onun ölum və yaşam haqda irəli surduyu baxış irfandan qaynaqlanan ənənəvi (sunnəti) baxışdır. Ölumə bir qəzuqədər olaraq onun qarşısında təslim olmaq və yenilmək. Bu baxış dünyanın fani olduğunu onun düşüncəsinə yurudur. Bu isə nihilistçiliyin ən duşgun durumudur. Çünkü onlarda kəsinliklə dünyanin puçluğunu sezirlər. Sufizmdə və eləcə də şəhriyarın fikrində həm dünyanı iki əlli tutmaq var, həm də onu fani bilmək. Heç birisindən əl üzmədən həm dünyanı istəyir, həm də onu fani bilir:

     

    Heydər baba dünya yalan dünyadır "

     

    ادامه نوشته

    Hümmət Şəhbazi: Şeir xronoloji tarix deyi

     

     

    Hümmət Şəhbazi: Şeir xronoloji tarix deyil  

     

    Ədəbiyyatın müasiri, klassiki yoxdur

    Ədəbiyyatın müasiri, klassiki yoxdur
     
     
         Hümmət Şəhbazi:
     
        Şeir xronoloji tarix deyil 


      Dünya ədəbiyyatında modernləşmə çoxdan başlamış bir prosesdir. Yaranan irili-xırdalı axınlar bir müddət sonra tarixə qarışır. Modernizm isə Yürgen Habermasın vurğuladığı kimi, hələ də aktualdır. Qeyd edək ki, Azərbaycan ədəbiyyatında müşahidə olunan ədəbi axınların modernizm qaydaları ilə uyğun gəlib-gəlməməsi də araşdırılmalı məqamlardandır. Bir sıra yazarlarımız bu xüsusda çatışmayan boşluqları sezərək, onları aradan qaldırmağa çalışıblar. Hümmət Şəhbazini də bu qəbildən olan yazarlarımıza adi edə bilərik. O, mətnlərində həm tənqidçi mövqeyi ilə seçilir, həm də bir yazar kimi yorulmadan, yalnız və yalnız yaradıcılıqla məşğul olur. Bunu nəşr olunan kitabları da göstərir. 
      
    – Modern ədəbiyyat necə yarandı? Hansı parametrlər onun yaranmasında zəmin rolunu oynadı? Bir sözlə,  modern ədəbiyyat hansı özəlliklərə malikdir? 
     
    –  Avropada renessans, sonra da aydınlanma dönəmini xatırlayaq. Ümumiyyətlə, modern sözü, yeni və çağdaş anlamı verdiyinə görə, bir durumun dəyişməsi və ya məhv olması, yaxud yenisinin yaranmasıyla bağlıdır. Modernizmin əks cəbhəsi ənənələrdir. Bəzi aşırı modernistlərə görə, ənənə bir yığıntıdır, onu bir kənara atmalıyıq. Amma bir nüansı unutmayaq: bütün yaranan yeniliklər, müəyyən müddətdən sonra ənənəyə çevrilir, keçmişə dönür. 
    Bir çoxlarına görə modernizm ədəbiyyatla başlayır. Bu fikir, heç də yanlış iddia deyil. Toplumla ədəbiyyat hər zaman bir-birinə bağlı olub. Bunlardan hansı hansına təsir edib, qəti bir söz demək olmaz. Fəqət bu da məlumdur ki, əvvəlcə fikir, ardınca da yazıda dəyişiklik yarandı. Düşüncədə dəyişiklik yarandıqdan sonra isə qadağalar bir kənara qoyulur və toplum inkişafa tərəf yönəlir. 
     
     
    ادامه نوشته

    Hümmət Şəhbazi - Ədəbiyat özü üçün dil seçir

     

     

      Hümmət Şəhbazi

       Ədəbiyat özü üçün dil seçir 
       13.07.17

     

     

           www.avanqard.net  cənublu yazar  Hümmət Şəhbazinin "Dilimiz, şeirimiz"  məqləsini təqdim edir.
     
     
     


    Ana dilimizdə yazılan şeirlər istər istəməz bu dilin özəlliklərini mənimsəyərək yaşadır. Keçmişdə ədəbiyatımız, çox faxir və doğma olmayan bir dilin özəlliklərini daşıyırdı. Bu dilin diriliyini, yumuşaq yaşamını yalnız biz şifahi dilimizdə görürdük. Yazıqlar olsun ki şifahi dillə ədəbi dilimizin paralel və qoşa ilgisini özəlliklə klassik ədəbiyatımızda çox az məqamlarda şahid oluruq.
    Bu gün danışıq dilimizdə ki sözcüklər nəsnələşməyə tərəf gedir. Nəsnələr isə fars-ərəb sözcüklərindən əlavə başqa dillərdən gələn sözcükləri də çevrəyir. Bu həm güneyə həm də quzeyə ayiddir. Sənayeləşmənin gündən-günə gəlişməsi və yeni nəsnə və metallarin yaradılması dildə də öz etkisini buraxır. Dil istər-istəməz özünün çağdaşlığını yansıtması üçün bu nəsnələrdən yararlanmaq məcburiyətində qalır. İndilikdə bu dildən ədəbiyatda necə yararlanmaq olar? Ədəbiyat deyəndə burada dilin başqa görəvi (vəzifə) göz önünə gəlir. Bunu gələnəksəl bölməyə dayanaraq "ədəbi dil" adlandırırıq hələlik. Ancaq yeni dünyada, ədəbi dillə danışıq dilinin oxşarlığı dilin iki yönə bölünməsindən bizi uzaqlaşdırır. Çünki danışıqda istifadə olunan nəsnələşmiş dildən ədəbiyat da elə yararlanır. Əski çağda sözcüklər cilalanaraq onların arasında ayrı-seçkilik var idi. Ədəbiyat özü üçün dil seçir və bəzi sözcük və anlayışları işlətməyə qadağalar qoyur. Ancaq yeni dövrdə, hətta əski sözcüklərin gələnəksəl anlayış və deyim yöntəmini də dəyişdirir.
      Şeirin nəsnələşməsinin qarşısını alan əsas amillərdən, sözcüklərin yeniliyini qəbul edərkən onun yaşam dayirəsini genişləndirməkdir. Belə ki, əgər nəsnələr eyni ilə özünü göstərirsə onda, şeirsəllik aradan gedəcəkdir. Buna görə onun nəsnə həyatına yalnız təsvir və istiarə ilə son qoymaq olar. Belə olan halda, sözcüyün gündəlikdə daşıdığı gerçək anlam, istiarələrin, məcazi həyatında yaşanmağa və genişlənməyə başlayır. Bu da şeir dilini, nəsnə dilindən uzaqlaşdırır. nəsnə dilinin yeni səsi, yeni quruluşu vardır. Ancaq bunları, yeni olaraq heç bir dəyişiklik və bədiilik vermədən işlətməsi, şeir dilinin aşağı səviyəyə düşməsinə gətirib çıxaracaqdır.  
    Şeirin dili, nəsnələr, qavramlarda həm təzad yaradır həm də onları birləşdirir. Daha doğrusu M.Heidegger demişkən: «Şeir "oyun" məkanıdır. Oyun hərnəyi özünün olduğu yerdə olması anlamındadır. Şeir dünya ilə bütün nəsnələr arasında olan çatları aradan qaldırır... (Babək Əhmədi, Saxtar və təvil_i mətn kitabı (farsca) s.557).
    Təbiidir aydınların önəmli vəzifəsindən biri də dil sorumluluğudur. Bu durumu görüb sezən aydınımız o cümlədən şairlərimiz bir çıxış yolu tapmalıdır və bəzən də bunu da edir. Ancaq əsas problem və ən verimli iş, yuxarıda dediyim ədəbi dillə danışıq dilin yaxınlaşma məsələsiylə yanaşı qramatik doğmalıq yaratmaq məsələsidir.  
    Danışıq dilimizi özgələşdirən sözcüklərin nəsnələşməsi və grammatikası başqa dilin grammatikasının özəlliklərini qəbul etməsidir. Əlbətdə grammatika özgələşməsi artıq bir sıra şeirlərimizə də köçürülmüşdür. Bu haqda "nəqd_i şeir_i müaser_i azərbaycan" kitabımın "bəyan_i qərinesaz" bölümündə yazmışam. Bu günkü durumda isə, şeirimizin dili paradokslu bir aşağı-yuxarı səviyə ilə balansdadır. Öyünüləsi durumda yaşandığı hallar da var. Dilin ehtiyatlarından dil xeyrinə istifadə edilə bilməyən hallar da var. Ədəbi bilimlər və yeni teorilərlə tanış olan yazar və şairlərimizin ədəbi bilimi artdıqda yeni fəzalara ehtiyac duyulur və bu yeni fəzarlar isə dil də özü üçün yeni fəzalar qazanır. Bu halda yalnız dil ehtiyatlarına qayıdış probleminin çözülməsində yardımçı olacaqdır. Əks halda isə ədəbiyatın gündəmə gətirməsində ilgi qatmaq faktorunu itirəcəkdir. Füzüli demişkən "elmsiz şeir, xərci hesabı olmayan duvardır". Ədəbiyatımızın gəlişməsinə yardımçı olan isə bu bilikdən necə yararlanmasıdır.

    Avanqard.net
     
     
     
    ادامه نوشته

    Luyici mutlu deyildi: Təsadufi adam öldürürdü

     

    Luyici mutlu deyildi: Təsadufi adam öldürürdü

     
    İtalo Kalvino
    Uyğunlaşdıran: Hümmət Şəhbazi
     
    Döyüş çixdiğinda Luyici adında bir adam, könüllü olaraq gedib gedə bilməyəcəyini soruşdu.
    Hər kəs onu təriflədı. Luyici tüfəng paylanan yerə getədi, bir dənəsini aldı və dedi: "indi gedib Alberto deyilən hərifi öldürəcəyəm."
    Alberto kim deyə soruşdular ondan.
    "Bir düşmən, "dedi Alberto, "mənim bir düşmənim."
    ona müəyyən bir növ düşməni öldürməsi lazım olduğunu, elə istədiyi hər kəsi öldürə bilməyəcəyini açıqladılar.
    "Ee؟ "Dedi Luyici."Siz məni axmaqmı sandınız؟ Bu Alberto tam sizin dediyiniz kimi biri, onlardan biri yəni.
    Bütün o qurupa qarşı döyüşə girdiyinizi eşitdiyimdə belə düşündüm: mən də gedəcəyəm, beləcə Albertonu öldürə bilərəm. Ona görə gəldim. Albertonu tanıyıram mən: saxtakarın biridir. Mənə xəyanət etdi, az qala heç bir şeyə görə, mənim özümü bir qadına xatır sayğıdan salmağıma gətirib çıxardı. Əski hekayə. Mənə inanmırsınızsa sizə hər şeyi açıqlaya bilərəm."
    Bitdi, dedilər, boşver.
    "Yaxşı elə isə, "dedi Luyici, "mənə Albertonun harada olduğunu söyləyin də gedib döyüşüm."
    Bilmirik dedilər.
    "Fərq etəməz,"dedi Luyici."Tanıyan birini taparam. Enındə sonunda onu tutacağam."
    Bunu edə bilməyəcəyini, hara göndərirsə oraya gedib döyüşməsi, orada kim varsa onu öldürməsi lazım olduğunu söylədilr ona. Bu Alberto haqqında da heç bir şey bilmirdilər.
    "Baxın,"deyə israr etədi luyici, "sizə hekayəni deməyimi gərkli bilirəm. Çünkü bu adam gerçək bir saxtakar və ona qarşı döyüş açmaqla doğrusunu edirsiniz."
    Ancaq o biriləri dinləmək istəmirdi.
    Luyici sözdən anlamırdı: "üzr istirəm, sizin üçün bu ya da bu düşməni öldürməyim fərq etməyə bilər, ancaq Albertoyla ilgisi olmayan birini öldürsəm çox kədərlənərdim."
    Başqalarının səbri daşdı. İçlərindən biri onunla uzun zaman danışdı və döyüşün nə olduğunu, necə istədiyin bəlli bir düşməni gedib öldürə bilməyəcəyini açıqladı.
    Luyici çiynini atdı. "Əgər elə isə, "dedi, məni yox sayın."
    "Varsan və də olacaqsan,"deyə qışqırdılar.
    "İrəli marş, bir iki, bir iki! "Döyüşə göndərdilər Luyicini.
    Luyici mutlu deyildi. Təsadufi adam öldürürdü, Albertoya ya da ailəsindən birinə bərabr gəlir deyə. Öldürdüyü hər düşmən üçün ona bir medal verdilər, ancaq Luyici yenə mutlu deyildi."Albertonu öldürə bilməsəm,"deyə düşündü, "bir çox insanı boş yerə öldürmüş olacağam." Özünü pis hiss etdi.
    Bu sırada ona hələ bir-biri ardından medallar verirdilər, gümüş, qızıl, nə varsa...
    Belə düşündü Luyici: "bu gün bir neçəsini öldürərəm, sabah bir neçəsini də öldürərəm, sonucda sayları azalar və bu saxtakarın sırası da əlbət gələr."
    Ancaq Luyici Albertonu tapa bilmədən düşmən təslim oldu. Boş yerə o qədər insanı öldürdüyü üçün özünü pis hiss edirdi, indi barış elan edildiyi üçün də bütün medallarını bir çantaya doldurdu və düşəmən ölkə də gəzərək ölənlərin arvadlarına və uşaqlarına hamısını payladı.
    Belə gəzərkən Albertoyla qarşılaşdı.
    "Yaxşı,"dedi, "gec olsun da güc olmasın," və Albertonu öldürdü.
    İndi o zaman Luyicini həbs etdilər, cinayət törətdiyinə görə məhkəməyə verdilər və asdılar. Məhkəmədə vicdanının səsini dinləmiş olduğunu dəfələrlə söylədisə də kimsə onu dinləmədi...

    http://profliqa.blogspot.com/2013/03/luyici-mutlu-deyildi-tsadufi-adam.html
    ادامه نوشته

    Ağaların hirsli yazısı

     

    Ağaların hirsli yazısı 

    Hümmət Şahbazi 

     

    Ağalar Qutun “türkiyəcə” anlayışı adlı silsilə yazılarını oxudum. Quzeyli-güneyli Ağaların yazılarının oxucusu çox olduğu qədər, buraxdığı etki də genişdir. Yazıdan, məncə, iki müsbət-mənfi nəticə çıxarmaq olar. Birinci budur ki, ən azından güneydə gedən dil dəyişikliyi, dil yeniləşmə gedişi ləngiməyə tərəf gedə bilər. Quzeydə dil yeniliklərindən əlini üzərək, Türkiyədə yaranan yenilikləri öz içində sal-çıx edən güney bu yazı ilə iki yol ayrıcında qalacağı açıq-aydın görünür.

    Ikincisi budur ki, dilin Ağalar bəy demişkən “necə gəldi” “yaradılsın” gedişatının qabağı alınma ehtimalı var.

    Ağaların hirsli yazısında bir çox həqiqətlər var. Özəlliklə, onun bu sözü tam şübhə etmədən, yerli-yerindədir: “Üstəlik, (Türkiyədə) türk dilləri ailəsi içində təkləniblər, bizdən başqa heç kimi başa düşmürlər. Ancaq bu yanlışlarını aradan qaldırmaq üçün, çox pis mövqe tutublar: “Siz bizim sözlərimizi öyrənin, Dədə Qorqut-un, M. Kaşğari-nin sözlərini işlətsəniz belə, o sözləri bizim verdiyimiz mənalarda işlədin, biz sizi başa düşməsək də olar, siz bizi başa düşün, sonra da siz bizim dilimizdə danışın. Ortaq türkcə də bizim türkiyəcəmiz olsun.”

    Ağaların yazısının bir çox bölümü ilə də razılaşmaq olmur.

     

    https://www.meydan.tv/az/site/opinion/6318/

     

    ادامه نوشته