mənim də bir adım gəlsin dilizə Hümmət şahbazi
mənim də bir adım gəlsin dilizə
Hümmət şahbazi
heydərbaba sənun uzun ağ olsun
dört bir yanun bulağ olsun bağ olsun
bizdən sora sənun başun sağ olsun
dünya qəzov-qədər ölum itimdi
dünya boyı oğulsuzdı yetimdi
heydərbaba yolum sənnən kəc oldı
ömrum keçdı gələmmədim gec oldı
heç bilmədim gözəllrun necoldı
bilməzidim döngələr var dönum var
ayrılıq var itginlik var ölum var
Bu iki bənddə, heydərbabanın bir çox bəndlərinin əksinə olaraq süjetlik (rivayət) yoxdur. Şəhriyar rivayətdən qırılaraq özünün şəxsi mövqeini bəzi qonular haqda bildirir. Heydərbabanın bəndlərində ümumiyətlə gerçəkliklər olduğu kimi köçürülür. Bunlar heç bir kimsəyə qeyri-adi olmayaraq tanışdır. Bu iki bənddə bir çoxlarını düşündürən "ölum" məsələsi şəhriyarı da düşündürür.
Ölum məsələsi əski ədəbiyatdan indiyədək çoxlarını düşündürən bir anlayışdır: "qıl qamışda" "ənkidu" nun ölumu, dostu qılqamışı, "dədəqorqud"da əzrail la "dəli domrul"un macərası və dəli domrul "ölumu" bir maddi əşya kimi qavraması, sufizmin ölum qonusuna təcridi yanaşması. bunların arasında dəli domrulun ölumdən sezdiyi məqsəd maddəsəllik daşıdığı üçün başqalarından seçilir. Və yeni çağ baxışına yaxınlaşır. Burda ölumun qarşısında usyançı ruhla yenilməməzlik var. qılqamış puçluğa yönələn ilkin insandır sonuncular isə nihilistlərdir.
Bəziləriysə ölum qarşısında nə nihilist və nə də usyançıdılar. Bunlar sufizmə bağlı olan qəzuqədərçilərdir (təqdir gərayan). Şəhriyar bu sıraya daxil olur. Onun ölum və yaşam haqda irəli surduyu baxış irfandan qaynaqlanan ənənəvi (sunnəti) baxışdır. Ölumə bir qəzuqədər olaraq onun qarşısında təslim olmaq və yenilmək. Bu baxış dünyanın fani olduğunu onun düşüncəsinə yurudur. Bu isə nihilistçiliyin ən duşgun durumudur. Çünkü onlarda kəsinliklə dünyanin puçluğunu sezirlər. Sufizmdə və eləcə də şəhriyarın fikrində həm dünyanı iki əlli tutmaq var, həm də onu fani bilmək. Heç birisindən əl üzmədən həm dünyanı istəyir, həm də onu fani bilir:
Heydər baba dünya yalan dünyadır "
Çağdaş şeirdə, şair yaratdığı düşüncə sahəsində məsuliyət daşıyır. Onun toplumun gedişatında iştirak etdiyini görürük. əl-qolu bağlı deyil. Təslim olunmazdır. Şəhriyarda isə, ənənəvi düşüncəyə söykənərək özünü təslim etmək pirinsipi var.
Ifadə tərzi Bu iki bənddə, kankeretliklə deyilir. Daha doğrusu forması reallıq daşıyır. Məzmun isə təcrid olunan qeyri-maddi muhum bir məzmundur. "Heydərbaba sənun üzün ağ olsun" kimi misralar heç bir bədiilik olmadan real mövqeden çıxış edir. Kəlmələr olduğu anlamı daşıyır. Hal bu ki "dünya qəzuqədər ölum itimdi" sözü çox qamusallıq (küllülük) daşıyan bir məzmundur. Dünyanı ölum itim bilməyən kimsələr ondan ləzzət alıb yaşamağa can atanlar da vardır. Beləliklə bu bəndlərdə kəlmələr öz anlamından sonra, başqa anlam daşımır. Hal bu ki şeirin zatında məcazilik hakimdir. Şeir "camal süreya" demışkən "kəlmə üzrə yaranırsa" özü kəlmənin real anlamını dəyişdirir. Ona yeni karakter, yeni anlam verir. Bununla, oxucu gerçək bir uzaydan (fəza) xəyalı bir uzaya köçür və orada yeni bir çevrə yaradır. Heydərbabada isə ədəbiyatın bədii üzü yoxdur. Gerçəklik olduğu kimi rivayət olunur. Kəlmələr karakterləşmir.
Nostalejik üzgünlük, bu iki bəndə hakimdir. Onun ruhunu çevrəyən bu nostaleji, yaşayışını netrallaşdırır (xonsa edir). Bəndlərdə insanı hərəkətə gətirən, duyğulandıran faktor yoxdur. Sənətlə (honər) yaşayış üzbəüz durmurlar. Birbirini dəyişdirə bilmirlər. Etki buraxmırlar. Elə buna görə heç birisi kamilləşmir. Bəndlərin yaşayışdan olan anlayışı, keçmişlərdə təcrübə və sınaqdan keçmış. Buna görə də, onu qavrayıb gündəmləşdirən dil də elə keçmişi qavrayir. Burada çağdaş toplumun karakteri, keçmişi izləyən qara sevdalı (xülyəvi) alıntılarla üstbasdır edilir. Belə olan halda, toplum vəya şəxsi karakterin hansı özəlliyini qabardan vəyaxud da ucaldan bir şeirlə raslaşa bilmirik. Buna görə bu iki bəndin məzmunu, keçmişlərə aid olan qalınqayım içəriyi (mohtəva) çevrəyir və insanda ruhsuz anlar yaşadır. Şair həm əski şeirin içərik ilkələrindən (usullar) yararlanır, həm də keçmişə qayıdır. Hətta bu ilkələrdən yeni ilkələr alanında da istifadə etməyə cəhd etmir.
• Bu yazı təbrizdə çıxan "aftab-e azərbaycan" dərgisinin 25-ci sayısının 67-ci səhifəsində çap olmuş.
بو وئبلاگ ادبی - نظری وئبلاگ دیر بو ساحه لرده بوتون یازی لاری قبول ائده رک یازارلارین اؤز آدلاریلا یایماغا حاضیردیر