Söz, kitab, savaş

   Hümmət şəhbazi

 

Söz, insanın hər zaman kantekstində ayaq üstdə duran bir gerçəklikdir. incil”in “hər şeydən öncə söz var idi və söz tanri idi” ayəsindən tutmuş indiyə qədər. sözü yaşadan insanın hər zaman ətrafı savaşlarla keçibdir. Buna görə insanlar, hətta Ezra Pound kimi faşizmi dəstəkləyən və savaş tərəfdarı olan bir söz sahibinin də sözünü oxumaqdan çəkinməyibdir. Yazılan söz və mətn öz səlqəsinə oyğun  oxucusunu, daha doğrusu U.Eko demişkən özünün “örnək oxucusunu” yaradır. Profsiyonal mətnin profsiyonal oxucusu,  mətnə əyləncə kimi baxanların da öz örnək mətnləri var oxumağa. Bu baxımdan marksisti baxışı qırağa qoysaq kitab özü də bir məhsuldur. 

Savaş özü bir toplumsal (ictimai) fenomen olaraq sözün, kitabın mövzü məsələsinə çevrilərək hətta çoxları savaş ədəbiyatı da yaratmışdılar. E.Hemingvey”in “silahlarla vida”dan tutmuş kitaba miniatürik yön verən Orxan Pamuka qədər. deməyim odur ki, savaşın içində savaşın bütün hər yönlü (yaxşı-pis) yaddaşlarını mənimsəyib kitablarda yaşadanlar ürəyimiz istədiyi qədər olubdur.

Sözün yaxudda kitabın Zavala uğrmasının təsəvvürü çətindir. Bu, hər zaman belə olubdur. Çap texnolojisi gəldikdə, keçmişin əlyazmalar sənəti arxa plana keçdi. Ancaq söz ölmədi. Çünkü yeni dirçələn texnika əlyazmanı istədiyi varyantda göz önünə gətirdi. Kitab arxayınlığa çıxdı. Zaman gəlişdikdə kitab daha da dinc və arxayın durum yaşayır. Bu gün söz, kitab insan üçün ağır yük sayılmır. Söz sənin yaddaşını sıxışdırdığı zamanda kiçik bir texniki yaddaşdan yardım alırsan. Bir kitabı özünlə gəzdirməyə çətinlik çəkdiyin yerdə minlərlə kitabı bir ovucunda gəzdirə bilirsən. kitab bu durumu yaşadıqda arxayındır.

Bəziləri o cümlədən E.husserl, yunan düşüncəsinə söykənərək sözün, ifadə qabiliyətini qabartmışlar. O sözün, dilin doğru səviyəsini ifadədə görür. Ifadə, danışıq (hər kimsə tərəfindən) bir növ iç dünya ilə danışmaqdır. Iç dünyada hər bir sözün öz səsi var. buna L.strauss kimi mütəfəkkirlər faciyəvi cəhət verir. O, “yazi”nı buna görə pisləyir və ikinci dərəcdə önəm verir ki, insanlar “yazı” vasitəsiylə üz-üzə daynaraq diyaloqa keçə bilmir. Bu da insana zid olaylara o cümlədən savşa gətirib çıxarır.

J. Derrida isə, Husserl”in bu düşüncəsinin əleyhinə olaraq bu düşüncədir ki, “yazı” və “dilin yazarlığı” hərflər göstəriciləri kimi özünü göstərir. Hərflər oxucu ilə ilgi quraraq onun yazarının faşist, optimist, nihilist, savaçı, dindar və bir sözlə nəyə qulluq etdiyini unudur. Oxucu, yazarın hansı niyyətdə olduğunu sezmir. O, anlamı: mətndə, yazıda, sözdə tapır. “yazı” bir göstəricidir. Onu qavramaq olur. Hətta yazar özü də, öz mətnini oxuyanda bir başqa oxucudur. Öz yazısını bir başqası kimi qavrayır.

 

1 noyabr 2014

 

qaynaq:

Kitabçı . № 7. Dekabr / baş.red. S. Babullaoğlu - Bakı : 2014.