Şeir : Hümmət Şəhbazi

 

 

Biri dedi

ölümə arxa çevirdim qaçdım 

biri dedi

uşağımın beşiyini 

yağışın od kimi çaxnaşmasında

buraxdım qaçdım 

qığılcımlar od püskürürdü 

biri dedi 

qızımın sonanlığı 

mındar sevişmələrlə 

Qızıl gülün tənhalığına qovuşdu

kəpənəklərimin 

Qançıxmaz gövdəsi 

duvarlara pərçimləndi 

biri dedi 

O üç qadın 

- o dəniz geyimlisi-

ulduzların ətəklərində gizlətdi 

durna gözlərini basdırdılar 

vətən adlı qumral torpağın altında

və bütün torpaq sevgisini 

hördülər hörüklərinin düyünlərində

ax!

o taylı bu taylı çayım mənim! 

həsrət payım mənim 

yenə də 

həsrətimi yenilədin.

ürəyi ürəyimə söykənən birisi

-yavaşca mızıldadı bunu- 

ax ! 

sevgili çayım

ax !

Tükənməz həsrətim 

bu gün 

ölümdən qaçmışam 

bu gün 

beşiyimi yaralı buraxmışam 

və sənin axar həsrətində 

beşiklənmişəm

 

 

#müğan-təbriz - (1993-94)

 

#Açıqlama:

İlk Qarabağ savaşında ermənilərin 1993-94 də törətdiyi faciələr nəticəsində ğzlərini #araz çayına vuran soydaşlarımızı görərkən yazılmışdı bu şeir. Duz bir il öncə də #xocalı faciəsini törətmişdilər onlar.

 

https://telegram.me/dusharge