|
Fredrik Wandrup, otuz ildən artıq bir jurnalist dənəyimi ilə Nobel ödülünü qazanmış Doris Lessingin görüşünə gedir. F.wandrup 1976.cı ildən, Norvecin geniş yayılan gündəliklrindən biri olan “Dagblade”də işləməyə başlayıb, hələ də öz işindədir. Wandrup, 2006.cı ildə “Qara Poker” adlı bir romanla da çixis edibdir. "Dagblade"nin bu ilin 18 septamr sayısının özəl artırma bölümündə yayılmış Doris Lessinglə bu gözəl görüşü Azərbaycanlı oxucularla bölüşmək istədik. ..... HADİ QARAÇAY..... |
Doris lessinglə diz dizə
Çevirən: Hadi Qaraçay
Sən orda otura bilərsən, mən də elə ordaca onun göstərdiyi yerdə otururam.
-bax, başlamadan öncə mənim doğru düzgün kar olduğumu bilməlisən,deməli sorğularını gözəlcəsinə bağırmalısan, aydındırmı?
Nobel ödüllü Doris Lessing Londondakı geniş, əsgi evində, pəncərə qabağındakı dinc oturacağında əyləsir.Gələn ayın içində 89 yaşını dolduracaq Lessing, 55dən çox kitab yazmışdır, bunların içində roman, şeir, öykü, bioqrafi ilə operalar yer almaqdadır. Keçən ilin oktobr ayında Nobel ödülünü alırkən, bu ödülü alanların ən yaşlısıda elə xanım Dorisin özü idi .İndi isə artıq bir il keçməkdədir.Görəsən aldığı bu ödülün Lessingin özəl yaşamında hansı etgisi olub?
-Bir sözlə mənim belim quruyub,ürəyim də, dinc oturmur, doktor bəy də, Lessing xanım, bu nə bilim hansıysa böyrəyinizdən olsa gərək deyə başladı mızıldamağa. Görürsəndə...mənim yaşamımın elə belə altı üstü göz qabağındadır. Mən burdaca uzanıram, danışmaqdan başqa da nəsə görəcəyim bir iş yoxdur.
-Səninlə danışmaq istəyənlər çoxmu olur?
-Mən, Nobel almış bir çoxlarini tanıyıram, hamısı da bir ağızdan: bütün işlərini bir illik yatırt, görəcəyin iş ancaq danışmaq danışmaq yenə də danışmaqdır, ancaq, bura bax, sən nəsə bir çay ya qəhvə içmək istəməzmisən?
- özün də içəcəksənsə...
-yox canım, mən çay içmirəm, ancaq sən mənə görə bu çay içməkdən keçməməlisən. Südlə şəkər də artırımmı?
- hə , çox sağ ol
Beləliklə 88 yaşlı Lessing özünü piləkənlərin ağzındakı gəzintiyə çəkir.Evin içi yer yer kitablarla çevrələnib. Qonaq otağına girməzdən öncə dığa bir pişiyin üstündən atılmalısan.Lessingcə onun pişiyi, olduqca dinc, şişman, və ortayaşlıdır. Evin bu başından o başına kitablardan , dərgilərdən , incəsənət üzərinə yazılmış kitablardan qalaqlar var. Doxsanına varmaqda olan Doris ınanılmazcasına diribaşdır. Uzaqbaşı bu ilin sonuna, “Alfredlə Emili” deyə, hardasa öz ata anası üzərinə yazdığı yeni romanını basına verəcək. Bütün bunlarla belə, bu kitab Lessingin sonuncu romanı da ola bilər, Lessing özü də, sonuncu kitabımı yazmışam deyir.
(burada bu işarə verilməlidir və bundan aşağıdakılarda da-artıq heyim qalmayıb, gələn il doxsan yaşıma girirəm, mən olduqca qoca birisiyəm. Öncələr istənilən gücü, artıqlamasıyla özümdə duyurdum. İndi isə qalxıb da hansıysa bir məktubu yanıtlayırsam, bununla özümü öyə də bilərəm. Bax, ancaq oxuyuram.
-Nə , örnək üçün?
-İndi Jozef Konradı oxuyuram. Bunu haçan istəyirsənsə oxu, yenə gözəldir kimsə mənim başima vurur.
-Kimsə mənim başima vuru? Bu nə deməkdir?
-Hi hi , bu ancaq bir deyimdir, boşla! Heysiz olmaq , bu mənə heç yapışmır belə. Elə bil kimsə bir tıxacı bax belə hardansa çəkib çixardir, bütün heyim, enerjim ordan süzülüb gedir. Olduqca ağırdır. Öncələr heç belə bir durumda olmamışdım. Dinlə, bunun nə olduğunu sən bilməzsən, axı sən bunu yaşamamısan. Nəsə yırtıcı, dağıdıcı bir durumdur.
Lessingin oxucuları da, ələşdiriçiləri də onun yaradıcılığında iki önəmli temanı vurğulayırlar. Birincisi hardasa sürəkli var olacaq bir varlığa ınanmamaqdır. İkincisi isə olan bütün varlığı fırlaq bir durumda görməkdir. Mənə, oxucular da ələsdiricilər də düz başa düşüblər kimi gəlir: Doris Lessing 1919 cu ildə İranda doğulub, Doğulduğu çagda ora Persiya adlanırdı. Çagdas Zimbabvedə boya başa çatıb, orada oxuyub, onun oxuyub böyüdüyü çagda Güney– Rodesiya adlanırdı. Dünya savaşlarının ikisinin də gəlib getdiyini görmüşdür, savetlər birliyinin dağılmasını, Mossilinin İtaliyasının itib batdığını da görmüşdür.
-Orta döğuda belə bir deyim var “ durduğun yerdə durma, yarın ora yox ola da bilər.” İstənilən qonunu götür, dəyişməyə doğru yol gedir. Bu bütün varlığa, yaxşısına da pisinə də uyğundur. Uşaqlara, özümün gəncliyimdən tut hardasa 17 yaşlarımdan danışanda, onlara o çağın Hitlerinin azından 1000 il yaşamasının gözlənildiyindən deyirəm, Savetlər birliyi hardasa ölməz birisi, İngiltərə imperatorluğu da buna tay, indi necə, durumları olduğu kimi qorunubmu? Geri dönən nəsə yoxdur. Bütün bunlar göy üzünün buludları kimi çıxıb getdilər. Bu elə Amerikaya da uyğundur, quşqusuz o da uzun sürməyəcək.
-Səncə belə bir olayın ortalığa çıxması uzunmu sürər?
-Doğrusu Amerikanın belə birdən birə hansıysa güclü nədənlər olmadan qurtarıb itməyə getməsi mənim üçün də şaşirdıcı ola bilər. Örnək üçün Doğusahillərinin,ya da Kaliforniyanın özünü Amerikadan ayırmasını düşünmək heç də çətin deyil. Gün gələr mən görənməsəm də bunu siz görərsiniz. Hələ bir az dözün.
-Nəyinsə ölməz olmadığına ınanmaq,
sürəkli beləmi ınandın?
-Hə, sürəkli belə ınandım. Bunun da, mənə atamdan yetişdiyinə ınanıram, nəyinsə on dəqiqədən artıq öz özü olması olmaz bir işdir deyərdi sürəkli. Inanırmısan, mən bunu çox tez başa düşdüm. Bax mən Persiyada doğuldum, elə bu günkü İranda, və biz Rusiyaya, Moskuvaya evliklə gəzintiyə çıxa bilən birincilərdən olmuşuq, bax da, biz qırıcı bir uçaqla bu gəzintiyə çıxdıq. Sonra İngiltərəyə getdik, Zimbabvenin o günlər Salisburi adlanan, bu gün Harare deyilən yerində atamın bir əkinəcək yeri almasından daha öncə. Bütün bunlar hələ mən beş yaşımı qurtarmadan olub keçir. Bu illərdən ana biləcyim varsa, o da yolçuluq etdiyimiz arabanın başi üstündə fırtına ışıltısının fırlanmasıdır. İndi hardadır o ölməz, o silinməz sürəkli yaşayacaq varlıq?
İki yol evlənib ayrılmağı dənəyib, üç uşağın anası olmuş Doris Lessing 1949.cu ildə ingiltərəyə köçürkən,ilk əlyazma kitabını da öz bağlamasında gətirirdi. “ otlar oxuyurlar “ adlı bu əlyazma 1950.ci ildə basıldı. Elə o gündən tayp maşinın üstündə iməkləməkdədir. Dediyinə görə onun bir bilgisayarı da var, ancaq onu işlədənmir; Lessingcə, əsgi tayp maşinının basamalarına öyrənmis olanlar, bilgisayarların basamalarını basar basmaz elə ilk tümcədə “dincəldə” bilərlər.
-Daha öncələr sənin yazmaqdan nəsə bir güdüyün var deyə soruçulduğunda, sən qızmışdın. Demək bunu bir daha səndən soruşmaq istəmirəm.
-Deməli uslu ağıllı birisisən!
-Ancaq, necə oldu da yazmağa başladın?
-Mən yazmalıyam. Burada, hardasa bir dərin gərginlik söz qonusu ola bilər, hə, bu bir gərəksinmədir.
Lessingin daha artıq tanınmasını onun “qızıl dəftər” adlı romanıyla vurğulamaq olar.1962.ci ildə yayımlanan bu kitab feministlərərin lap ürəyincə oldu. Feministlər üçün onların sorunlarından danışan bir yazıçı artıq ortalığa çıxmışdı.Kitab böyük tirajda satıldığı kimi ildən ilə hələ də böyük sayıda satılmaqdadır.Belə bir kitabı yaymağın olumlu yönləriylə işin bitdiyini düşünmək yanlış olar.60.ıncı illərdə,Stokholmda yayınçının qurduğu bir qonaqlıqda, birisi özünü Lessingin yanına çəkir.Nobel quruluşundan olan bu kişi, Lessingin yanında oturaraq üzünü ona tutur: - Nobel ödülünü sən alanmayacaqsan, düzü biz səni bəyənmirik.
Feminizmin çox qızqın çaglariydi, onlarca Nobel ödülünü ancaq mən almalıydım. Nobel quruluşu isə belə bir istəyin arxasında mənim olduğumu düşünürdü. Mən isə gerçəkdən də belə bir iş görməmişəm. Mən kəsinliklə Nobel ödülünün almasını belə istəməmişəm. Belə bir durumda Nobel quruluşunun üyəsi olanlardan birinin mənə yaxınlaşıb bu sayaq danışmasından olduqca şaşırdım. Bu, mənim eçitdiyim ən özünübəyənmiscəsinə danışılan bir sözdür, eləcə də bu günə kimi yaşadığım ən pis ən ağır bir dənəyim bir təcrübə.
-Ancaq bu son neçə ildə işlər başqayönlü getdi, deyilmi?
-Hə düzdür, ancaq onlar bu ödülü mənə çox gec verdilər. Mən Stokholma gedib də, orada gözəl bir qonaqlıq düzənləyə bilərdim. Mən elə burdaydım, yatağımda uzalı. Doğru günündə, çağında alsaydım bu ödülü, İsveçrəyə gedib də bütün gecəni çalıb oynaya bilərdim. Qızımla nəvəm ordaydılar, mənə tilfun açmışdılar. Sağlığıma içdiklərini söyləyirdilər. Beləcə, gözəl, ancaq mənim istədiyimlə üst üstə düşmür axı.
-Bu ödülün qazanmasından doğan duyğu, həyəcan necədir?
-Mən çox şaşırdım. Bu ödülü ala biləcəyimi düşünməzdim. Kitab ödülləri içində də var olan bircəcik ödül deyil, başqa ödüllər də var. Bunun bir az gur ışıltısı, böyük prestiji var. Aldığım başqa ödüllərin hansınınsa Nobeldən yüksək olduğunu söyləyənmərəm. Bu hardasa özünübəyənmislik olar. Beləliklə, nə deyim axı? Bu ödülü də qazanmaq gözəlidi.
-Bu ödülün daha böyük prestiji var deməklə nəyi düşünürsünüz?
-Onlar, pulludular bilirsiz. Geniş xalq kütləsiylə də ilgidədirlər. Nobel ödülünə düzənlənmiş qonaqlığın bütün bir həftə sürdüyünü bilirdinmi? İsveçrənin şahıyla mələkəsinin qatılımında böyük yemək qonaqlıqları... onlar necə edəcəklərini çox yaxşi bilirlər.
-Bir neçə il öncə, İngiltərə İmperatorluğunun prensesi olma önərisinə “yox” demisinizmiş.
-Hə düzdür, bu olub.
-Mənim bildiyimcə, sizicə artıq İngiltərə İmperatorluğunun artıq arada olmadığına ınamınız üzündən bu önəriyə yox demisiniz. Bu beləmi olub?
-Düzdür, o (İngiltərə İmperatorluğu) artıq yoxdur.İngiltərənin öyünməsi, iftixar sistemi başdan dibə bir pantomimdir. Bu bütünlüklə yersizdir, boş sözdür. Bunu hamımız bilirik. Ancaq mən “yox” dediyim dönəmdə onun yerinə Companion arxadaş, yoldaş olmaq önərisini aldım.
-Kimə yoldaş olmaq?
-Yox... Mələkə Elizabetə olmalıymışmı bu?Bu isə daha maraqlıymış...hi hi hi.
Doris Lessingi yaxından tanıdıqda, 88 yaşında olmağın necədə kəsərli və bilgi içərənliyini anlamaq qolaylaşir. çəkiciliyin nədənini anlayırsan, hələ bu 88 yaşlının özünün barmaqsayılı Nobel ödülü almışlardan olmasına baxmayaraq. Yaşlı olmağa gəlincə - özəl bir şey deyildir deyən yazıçıya ınanmağın gəlir.
-Doğrusu yorucudur. Mən aşırı bir biçimdə yorqun oluram, ancaq bu elədə önəmli sayılmaya da bilər, axı mən daha nəsə yazmıram. Qocalıqdan deyinənləri başa düşmürəm. Deyinmək nəyəsə yaramır axı, yarıyırmı səncə? Mənim yaşamımda haçansa başqalarıyla qaynıyıb qarışmaq olmayıb. Gördüyüm iş ancaq yazmaq olub. Güddüyüm hansıysa özəl bir güdüm bir hədəf də olmayıb. Ağıla usa gələn bir sorğu kimidə buna yanaşmaq olar. Yazıçıların böyük bir bölümü dinc və sakit insanlar olurlar. Bir yazıçı kimi üstləndiyin ən gözəl ovqat yorucu olmaqdır məncə. Kitabından başqa nəyəsə düşünmək istəmədiyin durumun sonucu bu olsa gərək.
-Ortalıqda belə bir söz var, sənin yazdıqların, başqalarının yaşamını dəyişdirirsə, demək sən yazıçısan. Sən buna necə baxırsan?
-dəyişmə ortamı olmadan kimisə dəyişdirmək olası iş deyil məncə. Özümü dəyişdirdiyim çaglar, dəyişməyə dəng olduğum çaglar olub. Haçansa kimsə sənə bir söz deyir və bu söz sənin üçün, yalnız sənin üçün, nədəninə varmadan belə özəl bir anlam alır.(bunu sən də yaşamış ola bilərsən)bu, sənin dəyişməyə dəng olduğun o dediyim ortamda bulunduğunun göstəricisidir. Bizlər Allah eşqine blə özümüzü dəyişdirməyə çalışmalıyıq. Yoxsa daşlaşarıq, fosilləşərik. Topluma gəlincə, o özünü, insanlar kimi belə qolaycasına dəyişdirməz bilirsiniz. O öz ritmi öz yolu ilə gedər. Yazıçının qolaycasına toplumu dəyişdirə biləcəyinə ınanmıram. Yazıçılar gerçəkdən də öz içlərindən gələni yazırlar, önəmli olan nəsə varsa o da elə budur. Bu qonuda bize nəsə deyə biləcək nəsə öyrədə biləcək bir şey varsa, o da el budur.
- Yazmaq, nəyisə anmaq üçün sənə yardımçı olurmu?
- hə canım, kəsinliklə. Yazmaq, bir cox yerlərdə nəyisə yenidən anmağımda mənə yardımçı olub. Andığın küçücük bir nəsnə, sənin bütün bir ayını sənə andıra bilər. Bizim bəlləyimizdə hələ özümüzün ınandığımızdan qat qat cox anılar var. Məndə bir çoxlarindan daha cox anmaq gücü var deyə ınanıram.
- bəlləyinə, andıqlarına ınanırsanmı?
- yox, ancaq sorğunu belə qoymaq olar: niyə mən bütün bir ayı deyil də o günü ancaq o günü anıram? Mənim anmadıqlarımmı daha maraqlılardırmı,anmadıqlarımmı? Məncə, biz, bizi şaşırdanları anırıq. Mən bunu bir yoxlama kimi də özüm üçün aparmışam, öz özümə, filan ilədn filan aydan nələr ana bilərəm deyə soruşmuşam. Bir çoxunda ana bildiyim nəsə olmayıb. Ancaq hansıysa kiçik, kiçicik nəsə andımmı, beləliklə o dönəmin bütününü anmağa yol açılır. Bütünlüyü ilə bax buramızdadır, başimızda. Bizi şaşırdacaqcasına maraqlıdır, deyilmi?
يازار هـ.شهبازی یکشنبه 1387/07/21
ساعت 23:16 /لینک/(نقل با قيد منبع وبلاگ آزاد است)
درباره وبلاگ

بو وئبلاگ ادبی - نظری وئبلاگ دیر بو ساحه لرده بوتون یازی لاری قبول ائده رک یازارلارین اؤز آدلاریلا یایماغا حاضیردیر
( نقل مطالب با قید منبع وبلاگ آزاد است )
فهرست اصلی
آرشیو موضوعی
تنقید(tənqid)
شعر (şeir)
حئکایه (hekayə)
مقاله (məqalə)
دانیشیق (danlşlq)
دوشونجه (duşuncə)
کیتاب (kitab)
سؤزلوک (sözlük) (فلسفه، ادبيات، اجتماعي)
اوشاق ادبیاتی (uşaq ədəbiyatl)
گونده لیک (gündəlik)
LATİNCƏ
نقد شعرمعاصر آذربایجان کیتابیندان
هادی قاراچایی بورادان اوخویون: qara@lyse.net
هادی قاراچای: "بئچه لر بانلایاندا" و "باداملیقلار"
مدرن شعر آنلاییشی (modern şeir anlaylsl)
كيان خياو - ي بورادان اوخويون
چئویری بوتاسی (çeviri butası)
کلاسیک ادبیات
ƏRSƏN ƏRƏL"İ burdan oxuyun
پیوندهای روزانه \ bağlantları
sözün sözü
دوشرگه لاتینجه DÜŞƏRGƏ LATİNCƏ
کیان خیاو
CAHAN
یازی (ناصر مرقاتی)
آواوا (ناصر منظوری)
تونقال (بهروز صدیق)
بایقوش (لاله جوانشیر)
bağlantılar
للك لر ( كيان خياو )
یاشماق
محمد فضولی
دكتر رضا براهني
GƏLƏCƏK GÜN
CAHAN
Cavanşir Yusifli
gelecekdeki kechmish zaman(yusifli)
یئنی لیک
yenilik.azeriblog
آلما یولو
ایواز طاها
قیویر زیویر
تاریخ آذربایجان
جیققیلی باخچا
ساری گلین
محمد صبحدل
مهیار علیزاده
آنار ( فرهاد شهبازی)
آنار شهبازی ( سایت )
چاغمور
şiir akademisi
tümgazeteler
dergibi
felsefeekibi
topgreatdeals
almaqezeti
bizimki
شعرچلنگی
milliyet
zaman
radikal
جیزماقارا (رامین جهانگیرزاده)
تارلالار (دومان اردم)
سؤزوموز
ماهنی زنگانلی
kitabxana-az
Dünya Ədəbiyyatı Xəzinəsi
lit.az
مغان ارس
alatoran
آذر تورک
حبيب ساهير
اوختای
آذربایجان
bloglar.tumblr
سهند
ekitap
turkfelsefesi
فولکلور (حمید شهانقی)
اسماعیل خرمی
یاغیش (آیدین آراز)
رسول ملک زاده
ياشاييش (دانلود)
kultaz
azad yazarlar ocağı
səlim babullaoglu
azyazar
izedebiyat
kitab.tk
ائلياد موسوي
صياد فيضي
قرنفيل
چنلي تئل
بهنام نوشيرواني
ماياك (حميد آصفي)
چوخورلار
modernpoem (ادبيات جدي)
نادر الهي
sima ənnaği
Fəxri Uğurlu
cavidan
rəbiqə nazimqızı
رضا كاظمي
گونئي آذربايجان وبلاگلاري
طوغرول آتاباي
eyvaz taha
əsəd cahangir
asiman
zahir əzəmət
محمود مهدوي
اوچلوك
آيدين يارين
felsefe tarihi
تبريزده فضولي آدينا
آذربايجان يازارلار بيرلييي
موغانيميز
جاهان (عرب اليفباسيندا)
آدالار (وحيد طلعت)
آيدين فرنگي
حامد رحمتي
آلما يولو (شعرلر)
əziz səlami (bulaq)
Qeshem Necefzade (sayt)
Qeshem Necefzade) türkcə şeirle)
Ulker Ucqar
röyalar evi
زنگين
آتيلا اسكنداني
شاعيرلر
دكتر حسن اكبري (برهان)
ولي محمدپور
şairane
آلقيش عمي
اورمو.بیراولمالی
تازه های ادبی
بانک مقالات ادبی
كتابفروشي دانشجو
رسول يونان
ایم لر
دوندورولموش آنيلار
turkukbiz
بير شهر هاراي
خانه كتاب
ناغیل
اينك فلسفه
demokratiya evi
dədə qorqud
داملالار
صاباحا يول
بهرام سورگون
محمدرضا راثي پور
تنقيد (نادير ازهري)
مغان اينفو
رضا همراز
ايشيق سوي
موغان اوغلو
سعيد نعيمي
اوستون لينك
كاميل قهرمان اوغلو
م. ووقار
نوشته های پیشین
تیر 1388
خرداد 1388
اردیبهشت 1388
فروردین 1388
اسفند 1387
بهمن 1387
دی 1387
آذر 1387
آبان 1387
مهر 1387
شهریور 1387
مرداد 1387
تیر 1387
خرداد 1387
اردیبهشت 1387
فروردین 1387
اسفند 1386
بهمن 1386
دی 1386
آذر 1386
آبان 1386
مهر 1386
شهریور 1386
مرداد 1386
تیر 1386
طراح قالب
POWERED BY