Kiyan xiyav
....................................................................................
♥ öldürdünüzmü, öldünüz
Humbaba deyildim
Ürəklər keşikçisiydim
Sevgilər gözətçisi.
Bılqamış, yoxsa enkido deyildiniz
Vur-tut vurğunlarıydınız
Nədənsiz bahadurlar.
Hankınızın əlindəsə
Haçansa öldüm amma
Öldüm də unuduldum.
Boğa
Boğur
Qoşa başlı bir qartal da deyildim.
Nə bir para üzərində fiqorum
Nə bir bayraqda şəkilim çəkilmişdi.
Amma haçansa
Hankınızınsa əliylə unnuduldum
Unuduldum da öldüm.
Insan seçmişdim özümü qolayca
Və gözəl, vurğunca sizə varmışdım.
Başımda sevda
Ürəyimdə həyəcan partlayışıyla.
Görmədiniz
Görmədiniz məni görər gözünüzlə.
Görmədiniz
Mavi sulara oxşayan duyğularımı.
Mən ellər qoruqçusuydum
Qalalardan dəmir qapılara deyil
Arzulardan umudlara qədər qaravul çəkən.
Və uca dağlarda deyil
Mütləq ürəklər başında tonqal qurardım.
Sonra yaylar qurdunuz
Oxlar atdınız.
Sonra pıçaqlar çıxarıb
Tüfəklər şaqqıldatdınız.
Sonra köksümdən, yoxsa beynimdən deyil
Duyğu-düşüncələrimdən vurdunuz.
Və anam bir kərə belə
Götür qılıncını iyid, demədi.
Və anam, mürad ver, dedi
Mürad alma birisindən ömründə.
Çüünkü mən beyrək deyildim
Anam da selcan xatun.
Torpağımın nəvəsi
Zamanımın oğluydum.
Quşların, ağacların, və insanların
Adsız, adamsız, görkəmsiz şairi.
Şeirlərim şah əsərlərim deyil
Böyük məzar daşım idı
Eni-uzunu bəlirsiz
Uzanmış taaaa dörd bucaq
Yayılmış taaaa yeddi iqlimə qədər.
Mən nəsimi deyildim
Siz teymur məmurları deyildiniz
Amma haçansa
Hankınızınsa əlində öldüm sonunda
Həm də dərimdən soyulub öldüm
Öldüm də öldürdüm sizi.
Və daha görmədiniz
Türbəmin deyil
Ruhumun nə qədər ucalığını.
Görmədiniz məni görər gözünüzlə
Görmədiniz
Mavi sularda axan duyğularımı.
Görmədiniz...
Və görməyəcəksiniz....
Mehr ayı 1386 (2007)
.............................................................................................
♥ dəstan
Eşqə, azadlığa uyğun bir dastanam
əski zamanlara deyil, bu günə ayid.
Geniş yayılmış bir dəstan dünyada
Dilimdən başqa bir dilə basılmasam da.
Sən söylədin məni, sən söyləyirsən
Sevgi dastanlarınınmı
Nifret dastanlarınınmı biri kmi?! Bilməm.
e...y, içimdəki ozan!
Zamanın hankı çağından
Haradan başladın məni?
Içimdə nə qədər insan, və heyvan
Nə qədər dev, mələk, tanrı
Və şeytan xarakterini yerləşdirdin?
Sətir-sətirimdə oğuz adamlar var
Sətir-sətirimdə azman qəbirlər.
Hər sözcüyümdə bir simbol
Hər sözcüyümdə bir məcaz.
Ucqar bucaq, şiş zirvələrdən tut
Ta...dəlilər, ötkəm çobanlara qədər.
Hökümdarlar, kafirlər
Prənseslər, oğul bahadur qızlar.
Döyüşkənmi, öpüşkənmi içimdəki qəhrəmanlar?
Hərdən bir qorqud adını çəkirsən məndə
Hərdən bir qurd adını.
Fəqət bilməm
Nədən anıldığı yerə gəlməz o qurd?
Və nədən saz tellərini səsləndirməz
O ala göz dev qızından doğan qurqud?
Bu gündən başlandım artıq
Bu günün hər daşından, yaddaşından
əsirlər yarıb da keçəcəyim bəlli
yarpaqlara, qanadlara yazılacağım belə.
Təki bilsəydim bunu
Dışarımın harasında gizlənmişlər
Içimdə bir-birlərinin harayına çatanlar?!
e...y, içimdəki ozan!
Söylə məni, söylə!
Başqaların əsənliyinə çal getsin!
Mən özümdən başqasını izləmirəm.
Ardıcıl söylə məni!
Dostluğa, dövlətə çal!
Dünyanın dörd bucağında yaşayan insanlara!
Çal buludlarla torpağın ilgisi sağlığına!
Çal yaşıllar, mavilər
Qırmızılar, qaralar, və... sarılar sağlığına!
Və harada sonuma çatdıracağını demə!
Eşqə, azadlığa uyğun bir dastanın,
Sona çatacaq gününü gözləmirəm.
Mehr ayı 1386 (2007)
يازار هـ.شهبازی چهارشنبه 1387/05/02
ساعت 21:28 /لینک/(نقل با قيد منبع وبلاگ آزاد است)
آخرین نوشته ها
متینلرآراسی ايليشگيلر : کوبيلاي آکتولوم
ویجدان تميزليیي: همت شهبازی
مليحه عزيزپور {شعرلری اوزَرینه}
شعر و گئرچکليک:hilmi yavuz
سهندیه ده آخان وارلیغیمیز : قادر جعفری
فرئدريك نيچه : زردوشت بئله دئدي- 6
Əziz Səlami: Şeirlər
گئجه : آفاق مسعود ( Afaq Məsud)
عؤهده ليين مرحله لري: همت شهبازی
سایین "دوشرگه" وئبلاگی نین اوخوجولاری
درباره وبلاگ

بو وئبلاگ ادبی - نظری وئبلاگ دیر بو ساحه لرده بوتون یازی لاری قبول ائده رک یازارلارین اؤز آدلاریلا یایماغا حاضیردیر
( نقل مطالب با قید منبع وبلاگ آزاد است )
فهرست اصلی
آرشیو موضوعی
تنقید(tənqid)
شعر (şeir)
حئکایه (hekayə)
مقاله (məqalə)
دانیشیق (danlşlq)
دوشونجه (duşuncə)
کیتاب (kitab)
سؤزلوک (sözlük) (فلسفه، ادبيات، اجتماعي)
اوشاق ادبیاتی (uşaq ədəbiyatl)
گونده لیک (gündəlik)
LATİNCƏ
نقد شعرمعاصر آذربایجان کیتابیندان
هادی قاراچایی بورادان اوخویون: qara@lyse.net
هادی قاراچای: "بئچه لر بانلایاندا" و "باداملیقلار"
مدرن شعر آنلاییشی (modern şeir anlaylsl)
كيان خياو - ي بورادان اوخويون
چئویری بوتاسی (çeviri butası)
کلاسیک ادبیات
ƏRSƏN ƏRƏL"İ burdan oxuyun
پیوندهای روزانه \ bağlantları
sözün sözü
دوشرگه لاتینجه DÜŞƏRGƏ LATİNCƏ
CAHAN
یازی (ناصر مرقاتی)
آواوا (ناصر منظوری)
تونقال (بهروز صدیق)
بایقوش (لاله جوانشیر)
bağlantılar
یئنی لیک
یاشماق
محمد فضولی
دكتر رضا براهني
GƏLƏCƏK GÜN
CAHAN
Cavanşir Yusifli
gelecekdeki kechmish zaman(yusifli)
yenilik.azeriblog
آلما یولو
ایواز طاها
قیویر زیویر
تاریخ آذربایجان
جیققیلی باخچا
ساری گلین
محمد صبحدل
مهیار علیزاده
آنار ( فرهاد شهبازی)
آنار شهبازی ( سایت )
چاغمور
şiir akademisi
tümgazeteler
dergibi
felsefeekibi
topgreatdeals
almaqezeti
bizimki
شعرچلنگی
milliyet
zaman
radikal
جیزماقارا (رامین جهانگیرزاده)
تارلالار (دومان اردم)
سؤزوموز
ماهنی زنگانلی
kitabxana-az
Dünya Ədəbiyyatı Xəzinəsi
lit.az
مغان ارس
alatoran
آذر تورک
حبيب ساهير
اوختای
آذربایجان
bloglar.tumblr
سهند
ekitap
turkfelsefesi
فولکلور (حمید شهانقی)
اسماعیل خرمی
یاغیش (آیدین آراز)
رسول ملک زاده
ياشاييش (دانلود)
kultaz
azad yazarlar ocağı
səlim babullaoglu
azyazar
izedebiyat
kitab.tk
ائلياد موسوي
صياد فيضي
قرنفيل
چنلي تئل
بهنام نوشيرواني
ماياك (حميد آصفي)
چوخورلار
modernpoem (ادبيات جدي)
نادر الهي
sima ənnaği
Fəxri Uğurlu
cavidan
rəbiqə nazimqızı
رضا كاظمي
گونئي آذربايجان وبلاگلاري
طوغرول آتاباي
eyvaz taha
əsəd cahangir
asiman
zahir əzəmət
محمود مهدوي
اوچلوك
آيدين يارين
felsefe tarihi
تبريزده فضولي آدينا
آذربايجان يازارلار بيرلييي
موغانيميز
جاهان (عرب اليفباسيندا)
آدالار (وحيد طلعت)
آيدين فرنگي
حامد رحمتي
آلما يولو (شعرلر)
əziz səlami (bulaq)
Qeshem Necefzade (sayt)
Qeshem Necefzade) türkcə şeirle)
Ulker Ucqar
زنگين
آتيلا اسكنداني
شاعيرلر
دكتر حسن اكبري (برهان)
ولي محمدپور
şairane
آلقيش عمي
اورمو.بیراولمالی
تازه های ادبی
بانک مقالات ادبی
كتابفروشي دانشجو
رسول يونان
دوندورولموش آنيلار
turkukbiz
بير شهر هاراي
خانه كتاب
ناغیل
اينك فلسفه
demokratiya evi
dədə qorqud
داملالار
صاباحا يول
بهرام سورگون
محمدرضا راثي پور
تنقيد (نادير ازهري)
مغان اينفو
رضا همراز
ايشيق سوي
موغان اوغلو
سعيد نعيمي
اوستون لينك
م. ووقار
حمید جباری
آلقیش
شعیر تارلاسی (ف.فرجزاده)
شعر بیر دونیادیر
مهرعلی علیپور
محمود ابراهیمی
محمد نوین (باراز)
مرتضی جودت
هورولر
دوشون!..
قارانقوش
اوشاقلار باغچاسی
اوزون کوچه
edebiyyat.tk
نوشته های پیشین
آبان 1388
مهر 1388
مرداد 1388
تیر 1388
خرداد 1388
اردیبهشت 1388
فروردین 1388
اسفند 1387
بهمن 1387
دی 1387
آذر 1387
آبان 1387
مهر 1387
شهریور 1387
مرداد 1387
تیر 1387
خرداد 1387
اردیبهشت 1387
فروردین 1387
اسفند 1386
بهمن 1386
دی 1386
آذر 1386
آبان 1386
مهر 1386
شهریور 1386
مرداد 1386
تیر 1386
طراح قالب
POWERED BY