Norveç şeiri  

çevirən : Hadi Qaraçay  

 

Lindis laabak Rasmussen

05.05.1972.ci ildə Norvecin Ålesund şəhərində doğulub. Bildiyimcə heləlik şeir kitabı çıxmayıb.şeirlərini dikt.no sitəsindəndən götürmüşəm.

___________________________

 

Henning Howlid Wærp, “Norveç şeiri 2004.cü ildə” adlı yazısının başlanğıcında, Norvecin 70.ci illər ədəbiyatını ütopik,  geniş dəyişimlər güdən və başqa bir toplum üzərinə bir düş, 80.cı illərin şeirini isə dil fəlsəfəsi, minimalism və duyğusallıq kimi dəyərləndirir. Beləliklə də 2004.cü ilin ədəbiyatının yekunlarına baxırkən bu ilin ən adlım şairinin yaradıcılığını 70.ci illərə dönüş kimi görür. 2004.cü ildə basılmış şeir kitablarını araşdırırkən sayca az və necəliklə (keyifiyətcə) gücsüz olduğuna ınanır.  Gənəl olaraq  şeirin, Norveçdəki durumunu başqa avropa ölkələriylə tutuşduranda,  pis durumda olduğunu bildirir.  

Mənim çağdaş Norveç şeiriylə tanışlığım, hardasa bir neçə ay bundan öncənin işidir. Norveç dilindən olan bilgim hələ istədiyim bir durumda deyil. Ancaq elə bildiyimcə bu elin bu dilin çağdaş şeirini öz dilimizə çevirməyə çalışıram. Şeirin durumu burda bizdəkindən bütünlüklə dəyişik bir durumdur. Bizdə ən çox yazılan, ən çox oxunan şeirdirsə, Norveçdə durum bunun daban dabana duran qarşıdıdır.

Vinduet dərgisi  2.ci sayı 2007ci il, Bendik wold adlı eleştiricinin (tənqidçinin) Norvecin çağdaş şeirində çatışmayan yönlər... adlı yazısından aldığım bu örnəyə baxın:

Şəhər içində 1000 kişinin dindirildiyi bir araşdırmada onlardan nə oxuduqları soruşulur, 1000 kişinin yüzdə əlli dördü roman oxuduğunu söyləsədə bircə kişi belə şeir adı çəkməmişdir.

     Belə bir durumda şeir kitablarının basılması azaraq olur. Mən Norvecin çağdaş şeirini internetdən izləyirəm. www.dikt.no bu sitə Norvecdə ən çox izlənilən şeir sitəsidir. Burda gələn şeirlər istər form istərsə içərik baxımından çox çalarlı və dəyişiklidir. Mənim özümün ınandığım estetik dəyərləri az çox özündə daşıyan bu şeirlər, yoxarıda verdiyim sitənin ən çox oxunan şeirləridir də.

Sizin də bəyənəcəyinizi umaraq Lindis Laabak Rasmusseni öz dilimizdə  ortalığa gətirirəm. Sizin düşüncələrinizin, sizin anlayışlarınızın paylaşımı mənim üçün olduqca öyrədici olacağında quşqunmuram.

Sevgilərlə - Hadi Qaraçay 

 

”Çiçək qozası”

 

sənin

qoltuq cibində

gizlənib

ağaran sümüklə

somut bir çiçək qozasının

yarışması

 

dəri

sənin əl sürdüyündür

sümüksə

sənin vicdanına

 basmaq istədiyim

damğa

 

 

   “Qan rəngli dodaqlar

 

Sonra

qan rəngli dodaqlarımızla

öz yolumuzun ardını tutduq

 

şaxtalı bir havada

bir birimizin

ürəklərimizin dadıynan

 

   “O Gecə”

 

              qıp

               qır

              mızı

              çaxır

              içdik

               on

                dö

                 rd

          gecəlik ayın

        dodaqlarından

       saniyələrin göstəricisi

      altmış kiçik partlayışın

    səsini yazdı və mən onları

dəlicəsinə uçmaq istəyən kəpənəklərə

                  topladım

                   

                     q              

                                         a

                      a                  d

                    

                         r          m

                          n    ı

 

 

 

        “Saniyələrin arxasında”

        

         1

 

Park içində

Soyuq günorta

 

Sən

ağ şarab gətirmisən

 

o

qalın bir arxalıq

yündən

 

             2

 

mən

sənin

getdiyini düşünmüşdüm

yuxu kimi

dalı addımlayaraq

 

sən gəlməmişdən

mən oyanmışdım

 

      “Bırax küləkləri əssinlər”

 

Hərdən

Gözlərinin boyunca

qırış salanda

dodaqların,

hərdən

ürəyin

qarnıma

qan fişqırarcasına yaxın olanda

 

güz butasında

yetgin çiyələk kimi

hərdən

sən

dodaqlarıma yatanda,

çınar qoxuyarkən

saçların

 

mən düşünürəm

 

səni şimşəklərdə çevrəyib

sənin içinə atıldığımda

sən yenidən soyununcaya

mən yenidən əynimi çıxardıb

çılpaqlanınca

bütün saniyələr

mənim

mənim barmaqlarımdan sıçrayır

 

beləysə

bırax küləkləri əssinlər           

 

 

    “Birinci yol”

 

 Mən

Yup yumuru bir topam

 

Sənin beşiyin

 

 

         “Damlalar”

 

Yadındamı

Gecədən damlaları?

 

Şeh sırğaları

Pəncərəmizdə

 

Duydunmu

Öz göylərimizdən yağan

Yağışımızın altında

Dərimizin çiçəklənməsin?

 

 

    “Sən Qaçırsan”

 

qapılar açılmalı

sən

açarlar cibində

qaçırsan məndən uzaqlaşaraq

 

 

     “Alma oğurluğunun vicdanı”

 

Yanar

Babbalaca

Tərləmiş əllərdə

Güz küləyində

Oğurlanmış

Kal almanın qoxsu

Çılpaq bucaqlar

Axtarmaqda

Indicə düşmüş

Babalaca

Bir yarpağın döşəyində

Alma ağacının

Arxa yaxasından keçən

Vicdanla birlikdə

 


يازار هـ.شهبازی چهارشنبه 1386/12/22 ساعت 22:49 /لینک/(نقل با قيد منبع وبلاگ آزاد است)